Modern.az

Ölümü ABŞ-da iğtişaşlara yol açan şəxsdə koronavirus tapıldı

Ölümü ABŞ-da iğtişaşlara yol açan şəxsdə koronavirus tapıldı

4 İyun 2020, 11:14

ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən həbs olunan zaman həyatını itirən Corc Floydun koronavirus xəstəsi olduğu müəyyən edilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə meyitə baxış keçirən məhkəmə-tibbi ekspertiza bürosu açıqlama yayıb.

46 yaşlı Floydun ölüm səbəbləri arasında koronavirusun yer almadığı əlavə olunub. Mayın  25-də Corc Floydun həbs zamanı polis tərəfindən öldürülməsi ölkədə irqi zəmində iğtişaşlara yol açmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır