Modern.az

"İsrail Livandan çəkilməyəcək"

"İsrail Livandan çəkilməyəcək"

Dünya

Bu gün, 01:30

İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından geri çəkilməyəcək və İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

Modern.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Baş nazirin ofisinin yaydığı bəyanata görə, Netanyahu İsrailin şimal bölgələrinin təhlükəsizliyini təmin etmək üçün ölkəsinin Livanın cənubunda zəruri hesab etdiyi müddət ərzində qalacağını vurğulayıb.

O, həmçinin qeyd edib ki, diplomatik proseslərdən asılı olmayaraq, İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək.

Netanyahu son bir ildə İrana qarşı iki mühüm əməliyyat həyata keçirildiyini bildirərək, bunun İsrailə yönəlmiş təhlükələrin qarşısını almaq məqsədi daşıdığını deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV