Modern.az

Rusiyada koronavirusa yoluxanların sayı daha da artdı

Rusiyada koronavirusa yoluxanların sayı daha da artdı

4 İyun 2020, 12:02

Rusiyada ötən sutka daha 8 831 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 169 nəfər virusun qurbanı olub.

 

Modern.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 441 108-ə, ölənlərin sayı isə 5384-ə yüksəlib. Sağalanların sayı isə 204 623 nəfərdir.

 

Qeyd edək ki, Rusiya dünyada koronavirusun ən çox yayıldığı 3-cü ölkədir. İlk sıralarda ABŞ və Braziliya qərarlaşıb.

 

T.İSMAYIL

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir