Modern.az

Azərbaycanda koronavirusla bağlı SON DURUM-Bakıda yoluxma artıb - FOTO

Azərbaycanda koronavirusla bağlı SON DURUM-Bakıda yoluxma artıb - FOTO

7 İyun 2020, 09:42

Azərbaycanda koronavirusa yoluxmada son dinamika açıqlanıb.

 

Modern.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının artdığını göstərir.

 

Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 47 faiz təşkil edirdisə, hazırda bu, 49,5 faizdir.

 

Sonrakı yerlərdə 13,4 faizlə Gəncə-Qazax, 10,6 faizlə Abşeron rayonu, 9,5 faizlə Aran, 7,3 faizlə Lənkəran, 1,7 faizlə Şəki-Zaqatala, 1,4 faizlə Qubaz-Xaçmaz, 1,1 faizlə Yuxarı Qarabağ, 1,4 faizlə Dağlıq Şirvan, 0,1 faizlə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.

 

Rəsmi məlumata görə, Azərbaycandakı koronaviruslu xəstələrin 4 faizi ölkə xaricində yoluxanlardır.

 

Qeyd edək ki, bugünədək Azərbaycanda 7239 nəfərdə COVİD-19 virus aşkarlanıb. Onlardan 4024 nəfəri sağalıb, 84 nəfəri vəfat edib. Hazırda xüsusi rejimli xəstəxanalarda 3131 xəstə müalicə alır. Xəstələrin 113 nəfəri reanimasiyadadır, 20 nəfəri süni tənəffüs aparatına qoşulub.
 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi