Arxiv
11 İyun 2020, 08:02 | TƏHSİL
Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün 18 şəhər və rayonda ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.


DİM-dən Modern.az-a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
 

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.


Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. 

Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

-      imtahana buraxılış vərəqəsini; 

-      Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız); 

-      şəxsiyyəti təsdiq edən sənədin əslini: 

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 


b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 


-      Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.


İmtahanlarda 17021 şagirdin (abituriyentin) iştirakı nəzərədə tutulur. 


İmtahanların təşkil edilməsi üçün 80 imtahan binası, 1324 imtahan zalı, 80 ümumi imtahan rəhbəri, 222 imtahan rəhbəri, 1718 nəzarətçi – müəllim, 160 buraxılış rejimi əməkdaşı, 80 bina nümayəndəsi ayrılıb.


Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq: 


• 9-cu sinif üzrə buraxılış imtahanları; 


• 11-ci sinif üzrə buraxılış imtahanları; 


• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları; 


• Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu və 11-ci sinif cari və əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyanın BBC-də biabır olduğu müsahibəsi Azərbaycan dilində - VİDEO 15 Avqust 2020, 18:00 Xaricdə daha bir azərbaycanlı koronavirusdan öldü 15 Avqust 2020, 17:52 Qazaxda təhlükəli top mərmisi tapıldı - FOTO 15 Avqust 2020, 17:43 Lerikdə 15 yaşlı qızla əlaqəyə görə daha bir şəxs həbs edildi 15 Avqust 2020, 17:34 Azərbaycanda aparılan testlərin sayı 826 mini keçdi 15 Avqust 2020, 17:25 Karantin qaydalarını pozan 86 sahibkara protokollar tərtib olundu 15 Avqust 2020, 17:17 Bakıda 550 küçə dezinfeksiya edildi - FOTO 15 Avqust 2020, 17:08 Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - daha 2 nəfər öldü 15 Avqust 2020, 17:00 Ziyafət Əsgərov: “Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşılmalıdır” 15 Avqust 2020, 16:51 İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi 15 Avqust 2020, 16:43 Koronavirusdan sağalan Cavid Paşayev evə buraxıldı 15 Avqust 2020, 16:37 ÜST Misiri səhv testlərə görə tənqid etdi 15 Avqust 2020, 16:30 Polis velosipedçiləri cərimələdi 15 Avqust 2020, 16:23 Bərdədə dəhşətli qəza - sürücü ağır xəsarət aldı    15 Avqust 2020, 16:14 Azərbaycanda paralel xəstəliklərin ağırlaşmasından dünyasını dəyişən koronaviruslu XƏSTƏLƏR 15 Avqust 2020, 16:06 Barələrində cinayət işi başlanılan COVID-19 xəstələrinin sayı açıqlandı 15 Avqust 2020, 15:58 Paşinyan öz dili ilə ifşa olundu! - “Dünyanın gözü qarşısında biabırçı vəziyyətə düşdü” 15 Avqust 2020, 15:50 Qadın fermerlərə dəstək - FOTO 15 Avqust 2020, 15:42 Dini ayinlərin məscidlərdə keçirilməsi ral təhlükədir - QMİ-nin sədr müavini 15 Avqust 2020, 15:33 Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlandı - Foto 15 Avqust 2020, 15:25 Körpünün üstündəki qəza tıxaca səbəb oldu - FOTO 15 Avqust 2020, 15:17 Bakıda özünü dənizə atan şəxs xilas edildi 15 Avqust 2020, 15:08 Baş Nazirdən icra başçılarına TAPŞIRIQ 15 Avqust 2020, 15:00 Putin və Lukaşenko Belarusdakı vəziyyəti müzakirə etdilər 15 Avqust 2020, 14:54 Gəncədə dezinfeksiya işləri davam etdirilir - FOTO 15 Avqust 2020, 14:48 İranda daha 161 nəfər koronavirusdan öldü 15 Avqust 2020, 14:40 “Paşinyan Livan ermənilərindən canlı şit kimi istifadə edir” - Azay Quliyev 15 Avqust 2020, 14:33 Anasını öldürmək istəyən gəncin məhkəməsi başlayır 15 Avqust 2020, 14:26 Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı 15 Avqust 2020, 14:19 Paşinyanın, onun simasında Ermənistanın növbəti mənəvi İFLASI   15 Avqust 2020, 14:11 Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yeni əlaqələndiricisi seçilib 15 Avqust 2020, 14:04 Ermənilərin Kəlbəcərdə saldığı yeni yaşayış evlərinin peyk görüntüləri yayıldı - FOTO 15 Avqust 2020, 13:56 Rusiyada koronavirusa qarşı dərman istehsalına başlandı 15 Avqust 2020, 13:51 Prezidentin köməkçisindən Paşinyanın BBC-yə müsahibəsində biabır olması ilə bağlı AÇIQLAMA 15 Avqust 2020, 13:48 İşə başlayan kafe-restoranlarda bu qaydalara əməl edilməlidir - FOTOLAR 15 Avqust 2020, 13:44