Daha çox "Kiyevstoner" ləqəbi ilə tanınan ukraynalı bloger və reper Albert Vasilyevin Moskvada planlaşdırılan terror aktı ilə əlaqəli olduğu iddia edilir.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Qurumun açıqlamasına görə, hüquq-mühafizə orqanları Moskva vilayətində yerləşən sənaye müəssisəsinə qarşı hazırlanmış genişmiqyaslı pilotsuz uçuş aparatı hücumunun qarşısını alıb.
İddialara əsasən, təşkilatçılar Rusiyaya 35 ədəd FPV tipli dron gətirməyi və həmin aparatlarla sənaye obyektinə zərbə endirməyi planlaşdırıblar.
FTX bildirib ki, planlaşdırılan əməliyyatın təşkilatçılarından biri kimi ukraynalı bloger və reper Albert Vasilyevin adı keçir. Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.