Modern.az

Bəhreyn İranın hücumlarının qarşısını alıb

Bəhreyn İranın hücumlarının qarşısını alıb

Aktual

Bu gün, 11:48

Bəhreyn Silahlı Qüvvələrinin komandanlığı çərşənbə axşamı səhər saatlarında İran tərəfindən ölkə ərazisinə doğru atılan bir neçə raket və hava zərbəsinin hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirildiyini açıqlayıb.

Modern.az "BBC"-ə istinadən xəbər verir ki, rəsmi bəyanatda İran "düşmənçilik siyasətini davam etdirməkdə" ittiham olunub. Bildirilib ki, hücumlar Bəhreyn mülki əhalisini hədəf alıb və bu, beynəlxalq hüququn "kobud şəkildə pozulması" hesab olunur.

Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən bir sıra ABŞ obyektlərini vuraraq məhv etdiyini iddia etmişdi. SEPAH-ın açıqlamasına görə, hədəflər arasında bir neçə silah anbarı, peyk rabitə mərkəzi, ABŞ hərbçilərinin yerləşdiyi bina və ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus hava hərəkətinə nəzarət radarı da olub.

Tərəflərin səsləndirdiyi iddialar hazırda müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!