Modern.az

Magistratura üzrə qəbul planında yeniliklər

Magistratura üzrə qəbul planında yeniliklər

Təhsil

Bu gün, 16:50

Bakı Mühəndislik Universitetinin (BMU) 2026/2027-ci tədris ili üçün magistratura səviyyəsində qəbul planı təsdiqlənib (//beu.edu.az/az/admission/graduate).

Modern.az xəbər verir ki, qəbul planında magistratura üzrə ixtisasların sayı ötən illə müqayisədə 25-dən 28-ə, ixtisaslaşmaların sayı isə 38-dən 47-yə çatdırılıb. İxtisas və ixtisaslaşmalar üzrə ayrılan 483 yerdən 420-si Azərbaycan, 63-ü ingilis bölməsinin payına düşür.

BMU-nun MBA proqramında isə 8 ixtisaslaşma üzrə 175 yer planlaşdırılıb. Proqram üzrə 160 yer Azərbaycan, 15 yer isə ingilis bölməsi üçün ayrılıb.

Açılan yeni ixtisaslar (ixtisaslaşmaları ilə birlikdə) sırasına “Kompüter elmləri” (Süni intellekt, Tətbiqi riyaziyyat), “Fizika” (Tətbiqi fizika (yarımkeçiricilər və dielektriklər fizikası), “Dekorativ tətbiqi sənət” (Bədii keramika və şüşə) daxildir.  Eyni zamanda açılan yeni ixtsaslaşmalara “Maliyyə nəzarəti və audit”, “Maliyyə mühəndisliyi”, “Dəmir-beton konstruksiyaları”, “Radiorabitə, radioverilişlər və televiziya”, “Mühəndislikdə idarəetmə” aiddir.

Daha bir yenilik 4 ixtisaslaşma üzrə BMU ilə Çin Xalq Respublikasının Pekin İnşaat və Memarlıq Universiteti (BUCEA) arasında magistratura səviyyəsində iki model üzrə ikili diplom proqramının həyata keçirilməsdir. Belə ki, “İnformasiya texnologiyaları” ixtisasının 2 ixtisaslaşması (İdarəetmədə informasiya sistemləri, Maşın öyrənməsi), Memarlıq ixtisasının 1 ixtisaslaşması (Memarlıq mühitinin dizaynı), o cümlədən “Mexanika mühəndisliyi” ixtisasının 1 ixtisaslaşması (Hidromexanika və hidravlik maşınlar) üzrə qəbul proqram çərçivəsində həyata keçiriləcək. Proqrama qəbul olan magistrantlar təhsilin ilkin mərhələsini BMU-da, sonrakı mərhələsini isə proqramın müvafiq modelinə uyğun olaraq Çində davam etdirəcəklər. Magistrantlar Çində təhsil aldıqları müddətdə BUCEA tərəfindən ayrılan təqaüd imkanlarından yararlanırlar. BUCEA-da təhsilini davam etdirmək istəməyən magistrantlar isə təhsilini qüvvədə olan qaydalara və müvafiq akademik tələblərə uyğun olaraq BMU-da davam etdirirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...