Modern.az

Ölkədə nəqliyyat sektorunun gəlirləri 8 faiz artıb

Ölkədə nəqliyyat sektorunun gəlirləri 8 faiz artıb

Aktual

Bu gün, 12:48

Azərbaycanda nəqliyyat sektorunun gəlirləri 8 faiz artıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Modern.az-a bildirilib ki, son illər ərzində Azərbaycanın beynəlxalq tranzit qovşağına çevrilməsi, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması, mülki aviasiya donanmasının modernləşdirilməsi, yeni tranzit marşrutlarının yaradılması, avtobus və taksi parkının yenilənməsi, həmçinin Bakı şəhərində mobilliyin artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində nəqliyyat sektoru ölkə iqtisadiyyatının əsas sahələrindən birinə çevrilib. Xüsusilə tranzit daşımalarında əldə olunan nəticələr Azərbaycanın Avrasiya məkanında etibarlı tranzit tərəfdaşı kimi mövqeyinin daha da möhkəmləndiyini göstərir. Bu ilin birinci yarısında ölkə ərazisindən keçən tranzit yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq 7,7 milyon tonu ötüb. Bu artım Azərbaycanın beynəlxalq ticarət marşrutlarında rolunun gücləndiyini və Orta Dəhliz üzrə strateji tranzit qovşağı kimi mövqeyinin daha da möhkəmləndiyini təsdiqləyir.

Bundan əlavə, hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5 faiz artaraq 1,9 milyon nəfərə, tranzit sərnişinlərin sayı isə 40 faiz artaraq 276 min nəfərə çatıb. Görülən işlər nəticəsində ilin birinci yarısında Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8 faiz artaraq 7,8 milyard manatı ötüb. Bununla da sektorun ÜDM-də payı 6,7 faizdən 7,3 faizə yüksəlib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Başqırdıstan da vuruldu - Ukraynadan Rusiyaya şok zərbələr