Arxiv
30 İyun 2020, 11:33 | ÖLKƏ
TƏBİB evdə müalicə alan viruslu xəstələrə dərman versin! - Komitə SƏDRİ

Ölkədə xəstə sayının artması səbəbilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən COVID-19 testi pozitiv çıxmış və xəstəliyin yüngül əlamətlərini daşıyan şəxslərin evdə müalicəsinə qərar verilib. Amma bir nüans unudulub. Xəstəxanalarda müalicə alan xəstələrin bütün xərcləri dövlət tərəfindən qarşılanır, evdə müalicə olunanlar isə bütün dərman pereparatlarını özləri almalıdır.


Qeyd edək ki, indiyədək ölkədə, ümumilikdə, 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Evdə müalicə alan xəstələrin dəqiq sayı açıqlanmasa da, onlar kifayət qədər çoxdur və müalicələrini öz hesablarına aparırlar.


Burada maraqlı, həm də insanaları sosial cəhətdən narahat edən sual yaranır: Niyə eyni xəstəliyə tutulan şəxsin biri evdə öz hesabına, digəri xəstəxanada dövlət hesabına müalicə olunmalıdır? Bu, insanların hüquqlarının pozulması deyilmi?

 

Ötən birifinqdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva jurnalistlərin mövzu ilə bağlı sualına tam cavab verməsə də, bunları deyib:


“Yoluxanların və aktiv xəstələrin sayı az olanda biz çalışırdıq ki, test nəticəsi pozitiv olan hər bir vətəndaşımızı müalicəyə ehtiyacı olmasa da, izolyasiya edək, xəstəxanalarda saxlayaq. Sonralar daha ağır, müalicəyə ehtiyacı olan xəstələrin xəstəxanlarda müalicə almaq şansı olsun deyə, daha yüngül xəstələrin evdə müşahidəsinə dair qərar verdik.

Xəstəxanada olan xəstələrin bütün müalicəsi dövlət hesabına aparılır, evdə müşahidə altında olanlar isə öz hesablarına”.



Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az
-a deyib ki, məsələ tənzimlənməlidir:


“Doğrudur, nə qanunvericilikdə, nə də praktikada ambulator müalicəni dövlət qarşılamır. Amma müalicə dərmanları heç olmasa TƏBİB tərəfindən verilərsə, insanlara da kömək olar”.

 

Deputat bildirib ki, insanların hamısına bərabər münasibət sərgilənməlidir:


“Xəstələrin bir hissəsi xəstəxanadadır və bütün xərclərini dövlət qarşılayır. Digərlərinin - evdə müalicə alanların da heç olmasa müalicə dərmanları verilməlidir ki, insanların sosial yükü azalsın. Müəyyən insanlar var ki, onların dərman almağa maddi imkanları çatmır. Ona görə də koroanvirusa yoluxmuş yoxsul qismin, sosial müdafiəyə ehtiyacı olan təbəqənin dərmanları TƏBİB tərəfindən verilsə, yaxşı olar”.

 

Modern.az saytı evdə müalicə üçün nəzərdə tutulmuş müalicə protokolunu təqdim edir:


COVID-19 koronavirusuna yoluxmuş, yaşı 18-dən yuxarı olan şəxsin evdə müalicə sxemi:

 

  • Ümumi ev karantini:

  • "Arbidol" - 200 mq x 3 dəfə, 10 gün;
    Vitamin C 1000 mq x 4 dəfə, 10 gün;
    Vitamin D 20mq/2000 iu, günaşırı, 2 ay;
    Sink 25 mq, gündə 1 dəfə, 10 gün.


    Temperatur >37,5 olarsa:

    "Asitromisin" 500 mq x 1 dəfə ilk gün, 250 mq gündə 1 dəfə, 4 gün;
    "Ceftriaxon" 1.0 x 2 dəfə və ya "Moxifloxacin" 400 mq x1 dəfə 1 həftə;
    "Parasetamol" 500 mq gündə maksimum 4 dəfə (hərarət olarsa).


    Öskürək olarsa:

    "Asetilsistein" 600 mq gündə 1 dəfə;
    İnhalyasiya: "Salbutamol" 5 mq 1 ampul + NaCl 0,9% 3 ml;

    Şikayətlər itənə qədər.


    Diseptik əlamətləri olarsa:

    "Linex" - 2 kapsul gündə 3 dəfə və ya "Enterol" 2 kapsul gündə 1 dəfə;

    İshal yaranarsa: "Loperamide" 4 mq gündə 1 dəfə (maksimum 8 mq);

    "Pantoprazol" 40 mq, gündə 1 dəfə;

    Şikayətlər yaxşılaşana qədər.

     

    18 yaşa qədər olan şəxslər üçün müalicə sxemi:

    Qeyd: Simptomlar olamdıqda müalicəyə başlamaq olmaz

    Hər hansı simptom başladıqda:


    Vit C
    ;

    0-6 ay 40 mg/gün;

    6-12 ay 50 mg/gün

    1-3 yaş : 15 mg/gün;

    3-8 yaş : 25 mg/gün;

    8-13 yaş : 45 mg/gün;

    13-118 yaş : 75 mg/gün.


    Azitromisin:

    1-5 ay 10 mg/kg per os gündə 2 dəfə;

    6 aydan böyüklərə 10 mg/kg ilk gün tək doza, növbəti gün 5 mg/kg 4 gün.


    Ösküərk olduqda:

    Öskürək üçün sirop.

    İnhalyasiya : sabutamol 2.3 mg+Na Cl 0,9 % 2 ml.


    Hərarət olduqda:

    Paracetamol 60 mg/kg gündəlik doza şəklində 2-3 dəfə (hərarət olduqda).

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Dollar günə bu məzənnə ilə BAŞLADI 13 Avqust 2020, 09:26 Azərbaycan və Rusiya prezidentləri Tovuz döyüşlərini müzakirə etdi 13 Avqust 2020, 09:20 Neft yenidən ucuzlaşdı 13 Avqust 2020, 09:15 “Fənərbaxça” “Qarabağ”ın sabiq qapçısı ilə razılığa gəldi 13 Avqust 2020, 09:10 Nazir koronavirusa yoluxub 13 Avqust 2020, 09:04 Bakıda sərnişin avtobusu yandı 13 Avqust 2020, 09:00 Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi 13 Avqust 2020, 08:50 Bu gün ilk qəbul imtahanı keçirilir 13 Avqust 2020, 08:25 Paytaxtda koronavirus qurbanlarının sayı artdı 13 Avqust 2020, 01:04 Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi 13 Avqust 2020, 00:47 Prezident ölkəyə dəyən zərəri açıqladı 13 Avqust 2020, 00:34 3 PKK terrorçusu zərərsizləşdirildi 13 Avqust 2020, 00:22 Prezidentin köməkçisi koronavirusa yoluxdu 13 Avqust 2020, 00:08 Türkiyədə daha 18  nəfər koronavirusdan ölüb 12 Avqust 2020, 23:48 Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi 12 Avqust 2020, 23:35 Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi 12 Avqust 2020, 23:21 Hulusi Akar Bakıda belə qarşılandı - FOTOLAR 12 Avqust 2020, 23:06 Hökumət 1454 otelin fəaliyyətinə icazə verdi 12 Avqust 2020, 22:53 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 12 Avqust 2020, 22:40 Yanğın bir ailəni evsiz qoydu 12 Avqust 2020, 22:23 Türkiyədə növbəti tədris ili onlayn dərslərlə başlayacaq 12 Avqust 2020, 22:09 “Mən istintaqa çağırılmamışam” - Nazir müavini danışdı 12 Avqust 2020, 21:53 “İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək” - ZƏRİF 12 Avqust 2020, 21:36 Azərbaycan Premyer Liqasında I turun oyun CƏDVƏLİ 12 Avqust 2020, 21:22 Qatarın reysdən çıxması 3 nəfərin həyatına son qoydu: 6 yaralı var   12 Avqust 2020, 21:08 Bakı SMS-lə icazə sisteminin ləğvindən sonra - FOTOLAR 12 Avqust 2020, 20:49 XİN-dəki həbslərlə bağlı nazir müavinləri DTX-da DİNDİRİLİB 12 Avqust 2020, 20:32 Türkiyəli generallar AZƏRBAYCANDA 12 Avqust 2020, 20:15 OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb 12 Avqust 2020, 20:03 Dövlət Sosial Müdafiə Fondunun yeni büdcəsi təsdiqləndi 12 Avqust 2020, 19:27 Bu küçə və prospektlərdə sıxlıq var 12 Avqust 2020, 19:16 Norveç 5 ölkə üçün 10 günlük karantin rejimini tətbiq edir 12 Avqust 2020, 19:12 ABŞ-da çimərliklər və parklar bağlanır 12 Avqust 2020, 18:56 Slovakiya rusiyalı diplomatları ölkədən çıxarıb 12 Avqust 2020, 18:44 Qərb mediası Rusiyanın vaksin kəşfinə ŞÜBHƏ EDİR 12 Avqust 2020, 18:34