Modern.az

Hansı poçt şöbələri karantin rejimində də açıq olacaq?

Hansı poçt şöbələri karantin rejimində də açıq olacaq?

4 İyul 2020, 09:31

İyulun 20-dək davam edəcək sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində bəzi poçt şöbələri fəaliyyətini davam etdirəcək.

 

Modern.az xəbər verir ki. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin müvafiq poçt şöbələri şənbə və bazar günləri də işini davam etdirəcək.

"Azərpoçt"dan verilən məlumata görə, şənbə və bazar günləri Bakıda yerləşən 1 saylı poçt filialının 1, 7, 10, 33; 2 saylı poçt filialının 9, 102, 111, 117; 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149; 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156; 5 saylı poçt filialının 63, 3, 21, 80, 81, 83, 170; 6 saylı poçt filialının 72, 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri işləyəcək.

 

Həmçinin, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərində və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarında müştəri xidmətləri şöbələri və Bakı, Sumqayıt və Cəlilabadda yerləşən “Şəbəkə” xidmət mərkəzləri həftə sonları da xidmət göstərəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?