Modern.az

TƏBİB qəzaya düşən həkimlərlə bağlı məlumat YAYDI

TƏBİB qəzaya düşən həkimlərlə bağlı məlumat YAYDI

Aktual

8 İyul 2020, 17:06

Quba Rayon Mərkəzi Xəstəxanasından geri qayıdarkən yol qəzasına düşən 7 nəfərlik həkim briqadasıdan 5 nəfər evə buraxılıb.

 

Bu barədə Modern.az-a açıqlamasında “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.

 

R.Əliyeva qeyd edib ki, evə buraxılan həkimlərin xəsarətləri yüngül olub:

 

“5 nəfərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb, xəsarət alan iki nəfər isə müayinəyə göndərilib".

 

Xatırladaq ki, Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan Xudat Şəhər Mərkəzi Xəstəxanasının tibbi personalının 7 nəfərlik həkim briqadası təcili tibbi yardım avtomobilində qəzaya düşüblər.

 

Hadisə nəticəsində biri sürücü olmaqla 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi