Modern.az

Azərbaycanda reanimasiyada 356 COVİD-19 xəstəsi var - FOTO

Azərbaycanda reanimasiyada 356 COVİD-19 xəstəsi var - FOTO

Aktual

12 İyul 2020, 23:53

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 12-nə olan statistik göstəriciləri açıqlayıb.

 

Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 878 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 568 234  test aparılıb. İndiyədək 284  nəfər COVID-19-dan dünyasını dəyişib, 13 591 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 642 nəfərdir. Hazırda 356 nəfər reanimasiyada müalicə alır. 58 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 520 yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır