Modern.az

Sərxoşluq edən 583 nəfər müalicəyə cəlb edilib

Sərxoşluq edən 583 nəfər müalicəyə cəlb edilib

4 Avqust 2020, 12:42

2020-ci ilin 6 ayı ərzində ölkə üzrə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 10832 nəfər keçirilib.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Modern.az-a verilən məlumata görə, onlardan 3101 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub:

 

“1759 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb. Hazırda  əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən 3 məntəqədə proqram çərçivəsində (Respublika QİÇS-lə Mübarizə Mərkəzində - 345, Respublika Narkoloji Mərkəzində - 165, Sumqayıt şəhər Narkoloji Dispanserində - 73) 583  nəfər xəstə müalicə alır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi