Modern.az

Facebook-un sahibinin sərvəti 100 milyard dolları KEÇDİ

Facebook-un sahibinin sərvəti 100 milyard dolları KEÇDİ

7 Avqust 2020, 15:59

Facebook-un qurucusu Zukerberqin sərvəti 100 milyard dolları ötüb.

Sosial medianın nəhəngi  "Facebook"-un  "TikTok"-a rəqib olacaq yeni tətbiqini elan etməsi ilə şirkətin səhmləri 6 faiz artıb. Beləliklə, "Facebook"-un qurucusu Mark Zukerberq-in şəxsi sərvəti 100 milyard dolları keçib.

 

Modern.az xəbər verir ki, "Facebook"-un dəyəri cümə axşamı 6 faiz əlavə dəyər qazanıb.

Qeyd edək ki, Zukerberqin Facebookda 13% səhm payı var. Zukerberqin hissələrinin dəyər qazanması ilə o, "Amazon"-un sahibi Jeff Bezos və "Microsoft"- un yaradıcısı Bill Geyts-dən sonra sərvəti 100 milyard dolları aşan varlılar sırasına  qatıldı.

 

Nargilə HƏSƏN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI