Arxiv
10 Avqust 2020, 12:44 | AKTUAL
Rüşvət alarkən yaxalanan məmurun işi məhkəmə gönədrildi

Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində olan cinayət işi məhkəməyə göndərilmişdir.

Modern.az xəbər verir ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar malik olduğu statusla bir araya sığmayan hərəkətlər edən, tutduğu vəzifədən öz şəxsi mənafeləri naminə istifadə edən, bu cür hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

 

Məlumat verildiyi kimi, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədovun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır.

Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Eyyub Gülməmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar müdiri olduğu idarənin balansında olan Şirvan şəhəri, Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan 2 otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində sonuncudan 3000 manat məbləğində pulu 22 iyun 2020-ci il tarixdə özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.

 

Qeyd edilən fakta görə 22 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.

24 iyul 2020-ci il tarixdə Eyyub Gülməmmədova həmin Məcəllənin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə yekun ittiham elan olunmuş və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cavad Zərif Gürcüstanda səfərdədir 28 Yanvar 2021, 10:11 Koçaryandan ETİRAFLAR: “Zəngəzuru yalnız Rusiyanın himayəsində olduğumuz üçün itirmədik” 28 Yanvar 2021, 10:05 Kəlbəcərin Alıbəyli kəndi - VİDEO 28 Yanvar 2021, 10:00 Naxçıvanda kombi istehsalına başlanıldı 28 Yanvar 2021, 09:48 Ötən gün cinayət törədən 47 nəfər saxlanıldı 28 Yanvar 2021, 09:43 Bakı-Xırdalan-Sumqayıt qatarı nə vaxt işləyəcək? 28 Yanvar 2021, 09:37 Qarabağ qazisindən rüşvət alan məmurun məhkəməsi başlayır 28 Yanvar 2021, 09:31 Neft ucuzlaşdı 28 Yanvar 2021, 09:26 Milli Məclisin Hesablayıcı komissiyası yenidən təşkil olunacaq 28 Yanvar 2021, 09:22 Yaponiyada güclü zəlzələ oldu 28 Yanvar 2021, 09:16 Mərkəzi bankın bugünə olan valyuta məzənnələri 28 Yanvar 2021, 09:10 Ərdoğan bu gün Türkiyə qoşunlarının Qarabağdakı fəaliyyətini müzakirə edəcək 28 Yanvar 2021, 09:06 Bakıda intihar edənlər niyə artıb? - Psixoloq CAVAB VERİR 28 Yanvar 2021, 09:00 Çində koronavirusla bağlı son vəziyyət 28 Yanvar 2021, 08:49 Yeni Zelandiyada zəlzələ olub 28 Yanvar 2021, 08:27 Keçmiş məhkumda narkotik tapıldı 28 Yanvar 2021, 08:23 Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01 Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO 27 Yanvar 2021, 22:50 Naftalan sakini ayağını laqonda ilə kəsdi 27 Yanvar 2021, 22:36 Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır 27 Yanvar 2021, 22:24 Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO 27 Yanvar 2021, 22:13