Belarus müxalifətinin namizədi Svetlana Tixanovskayanın nümayəndəsi Mariya Kolesnikova ölkə hakimiyyətinə məğlubiyyətini etiraf etməyi tələb edib.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, müxalifət Lukaşenkonun prezident seçkilərini uduzduğunu bildirib.
“Onlar məğlub olduqlarını etiraf etməlidir və Belarus xalqının iradəsini saxtalaşdırmağın mümkün olmadığını anlamalıdırlar”-deyə Kolesnikova deyib.
Belarusda prezident seçkiləri avqusutun 9-da keçirilib.