Niderlandda ölkə tarixindəki ən böyük narkolaboratoriya aşkarlanaraq bağlanıb.
Modern.az xəbər verir ki, polis kokain istehsal edilən nəzarətsiz at tövləsindəki gizli sexdən 100 kq xammal müsadirə edib. Bundan əlavə sexdən 120 tondan çox kimyəvi maddə aşkarlanıb. Məlum olub ki, laboratoriyada sutka ərzində 200 kq kokain istehsal edilirmiş. Axtarış zamanı 16 nəfər saxlanılıb, polis yeni həbslərin olacağını istisna etmir.