Modern.az

Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi

Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi

Təhsil

12 Avqust 2020, 23:35

Elmi müəssisələrin (təşkilatların) akkreditasiyası onların elmi fəaliyyətlərinin qiymətləndirilməsi əsasında ali attestasiya orqanı – Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən həyata keçiriləcək.

Modern.az xəbər verir ki, bu, NazirlərKabinetinin müvafiq qərarı ilə təsdiq olunan “Elmi müəssisələrin akkreditasiyası Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər Elmi müəssisələrin akkreditasiyası onların elmi fəaliyyətlərinin qiymətləndirilməsi əsasında elmi müəssisələrin akkreditasiyası qurumu - Akkreditasiya Komissiyası tərəfindən həyata keçirilirdi.

Eyni zamanda həmin qərarla “Elmi müəssisələrin akkreditasiyası qurumu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 555 nömrəli Qərarı ləğv edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır