Arxiv
13 Avqust 2020, 20:58 | ÖLKƏ
“Ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa edəcəyik” - Hulusi Akar 

“Həqiqətən biz bir millət, iki dövlətik və bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə, Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür”.

 

Modern.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.


Hulusi Akar vaxt ayırıb qəbul etdiyi üçün Azərbaycan  prezidentinə minnətdarlığını bildirib: "Eyni zamanda, cənab Prezidentimizin Zati-alinizə salamlarını və xoş arzularını çatdırmaq istəyirəm.

Bizim də, cənab Prezidentimizin də Sizi ailəlikcə tezliklə Türkiyədə gözlədiyimizi bildirmək istəyirəm.

Tovuzdakı son hücumu ilk gündən etibarən cənab Prezidentimiz başda olmaqla bütün 83 milyonluq xalqımız nifrətlə qınayır. Bu təxribatların böyük hücum və beynəlxalq hüquqa zidd olduğunu, Xocalı qətliamından, Dağlıq Qarabağın işğalından etibarən cinayətkar hərəkətlərin davamı olduğunu görürük. Buna qarşı bizim mövqeyimizi bilirsiniz. Azərbaycan bizim qardaşımızdır, bir ananın iki ayrı övladıyıq. Burada biz özümüzü həqiqətən Vətənimizdə hiss edirik.

Bütün bunlar sadəcə sözdə qalmamalı, əməldə də həyata keçirilməlidir. Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub. 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olaraq Türkiyə Cümhuriyyəti ilə münasibətlər inkişaf etdirilərkən ordularımız arasındakı əlaqələr də, məlum olduğu kimi, inkişaf etməyə başladı. Belə ki, bizim hərbi çərçivə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız var. Bütövlükdə bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə imzalanan strateji əməkdaşlıq sazişimiz var. Beləliklə, bu müqavilələr çərçivəsində bizim buraya gəlməyimiz, getməyimiz, birlikdə olmağımız, yeməyimiz-içməyimiz, təlimlərdə bərabər olmağımız son dərəcə təbii bir fəaliyyətdir. Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa bu günə qədər etdik və bundan sonra da etməyə davam edəcəyik.

Təbii ki, bu təlimlər çox önəmlidir. Təlimlər nəzəriyyənin əmələ çevrildiyi laboratoriya kimidir. Bu gün də bunun nümunəsini gördük. Böyük bir sevgi, böyük bir şövq, yüksək əhval-ruhiyyə gördük. Hamının gözləri yanırdı, birliklə yanaşı, bir işi bacarmağın sevincini yaşayırdılar.

Beləliklə, biz əməkdaşlığımızın davamını, bu təlimlərin bu gün başa çatmasını deyil, sadəcə bir mərhələsini gördük. Hərbi təlimlər, hərbi təhsil davamlı prosesdir. Buna görə də bu istiqamətdə fəaliyyətlər davam edir.

Bu səbəbdən cənab Prezidentimiz başda olmaqla Türkiyə Cümhuriyyəti dövləti və bizim 83 milyonluq xalqımız buradakı fəaliyyətləri həqiqətən böyük sevgi və şövq ilə yaxından izləyir. Atatürkün də dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Həqiqətən bu, bir millət olmağımızın təbii nəticəsidir.

Burada Baş Qərargah rəisimiz, Quru Qoşunları, Hərbi Hava Qüvvələri komandanlarımızla birlikdə həqiqətən bunu çox mühüm tapşırıq, mühüm iş olaraq görürük.

Buradakı dostlarımıza da dedik, Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarıyıq. Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronda yol qəzası - xəsarət alanlar var - FOTO 22 Yanvar 2021, 01:03 Şahbuzda zəlzələ oldu 22 Yanvar 2021, 00:51 Co Bayden Rusiya ilə raket müqaviləsini uzadacaq 22 Yanvar 2021, 00:46 Rusiya diplomatı arzuolunmaz şəxs elan edildi 22 Yanvar 2021, 00:32 Argentinalı hücumçu koronavirusa yoluxdu - FOTO 22 Yanvar 2021, 00:17 İtaliya polisi mafiyanın 50 üzvünü həbs etdi 22 Yanvar 2021, 00:03 Türkiyədən Azərbaycanla Türkmənistan arasındakı memoranduma REAKSİYA 21 Yanvar 2021, 23:50 Koronavirus xəstəsi itkin düşüb - FOTO 21 Yanvar 2021, 23:36 “Pandemiya əsrin fəlakətidir” - Merkel 21 Yanvar 2021, 23:23 Nazirlər üçtərəfli bəyanatı müzakirə etdi 21 Yanvar 2021, 23:14 Goranboy sakini dəm qazından zəhərləndi 21 Yanvar 2021, 23:01 “Beşiktaş” qalib gəldi, “Fənərbaxça” xal itirdi 21 Yanvar 2021, 22:49 Teledərslərin yanvarın 22-nə olan CƏDVƏLİ 21 Yanvar 2021, 22:36 Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını açıqladı 21 Yanvar 2021, 22:24 Bakıda qadın itkin düşdü - FOTO 21 Yanvar 2021, 22:16 Azərbaycan və Türkmənistan XİN rəhbərləri müzakirələr apardı 21 Yanvar 2021, 22:07 Türkiyədə daha 153 nəfər koronavirusdan öldü 21 Yanvar 2021, 21:57 Goranboyda iki maşın toqquşdu - yaralananlar var 21 Yanvar 2021, 21:43 Ceyhun Bayramov Türkmənistan prezidenti ilə görüşdü 21 Yanvar 2021, 21:31 Komitə sədri qazilərlə görüşdü - FOTO 21 Yanvar 2021, 21:27 Daha bir əsgərimiz minaya düşərək şəhid oldu - FOTO 21 Yanvar 2021, 21:16 Azərbaycanda jurnalist qətlə yetirildi - FOTO 21 Yanvar 2021, 21:02 İğdır-Naxçıvan qaz kəməri layihəsi üzrə işlər sürətlənib 21 Yanvar 2021, 20:58 Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi bağlandı 21 Yanvar 2021, 20:47 Qazaxıstanın Azərbaycan pomidoruna qoyduğu qadağa araşdırılır 21 Yanvar 2021, 20:38 Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” - VİDEO 21 Yanvar 2021, 20:30 “Neftçi” və “Qarabağ” səfərdə qələbə qazanıb 21 Yanvar 2021, 20:22 Microsoft Azərbaycanın distant tədris təcrübəsindən YAZDI 21 Yanvar 2021, 20:15 Xarkovda qocalar evi yandı - 15 nəfər öldü 21 Yanvar 2021, 20:07 Baş nazir qərar verdi 21 Yanvar 2021, 20:00 Bakıda ev yanır 21 Yanvar 2021, 19:54 Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir 21 Yanvar 2021, 19:47 Müqəddəs Məryəm Ana Katolik Kilsəsi barədə videoçarx hazırladı 21 Yanvar 2021, 19:40 Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək 21 Yanvar 2021, 19:33 Əli Əsədov Türkiyəyə dəvət olundu 21 Yanvar 2021, 19:24