Arxiv
14 Avqust 2020, 14:26 | TƏHSİL
İmtahan başa çatdı - 1 nəfər zaldan qovuldu

Dövlət İmtahan Mərkəzi tərəfindən 14 avqust 2020-ci il tarixində şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq II və III ixtisas qrupları ali təhsil müəssisələrinə qəbul imtahanları, həmçinin I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) keçirilib.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

 

İmtahanlar 19 şəhər və rayonda təşkil olunub.

 

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 80 imtahan binası, 1427 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 80 ümumi imtahan rəhbəri, 243 imtahan rəhbəri, 1869 nəzarətçi–müəllim, 160 buraxılış rejimi əməkdaşı, 80 bina nümayəndəsi ayrılıb.

 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

 

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

 

İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 1 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

 

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

 

Avqustun 15-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.

 

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.

 

Qeyd edək ki, bu gün saat 16:00-da DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən 13-14 avqustda keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqları və sualların düzgün cavabları ilə bağlı geniş izahat veriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir ölkədə təhsil müəssisələrində yolxuma artır 23 Sentyabr 2020, 18:56 “AzGold” MMC-nin rəhbərinə cinayət işi AÇILDI 23 Sentyabr 2020, 18:43 Elman Paşayev Rusiya parlamentinin deputatı olmaq istəyir 23 Sentyabr 2020, 18:37 Azərbaycan su ehtiyatları yaradır 23 Sentyabr 2020, 18:21 Prezident və birinci xanım Balaxanıda görülən işlərlə tanış oldu - YENİLƏNİB 23 Sentyabr 2020, 18:04 Daha 7 şagird və 6 təhsil işçisi koronavirusa yoluxdu 23 Sentyabr 2020, 17:58 Arsak adı nə vaxt və hansı tarixi şəraitdə meydana gəlib? 23 Sentyabr 2020, 17:52 Bakı və Abşeronda ağacların quruma səbəbi araşdırılır - İşçi Qrup yaradıldı   23 Sentyabr 2020, 17:46 Rusiya Avropa Birliyinə qarşı sanksiya tbiq etdi 23 Sentyabr 2020, 17:40 Sərdar Cəlaloğlu özünə müavinlər TƏYİN ETDİ 23 Sentyabr 2020, 17:34 Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından 3 medal qazandı 23 Sentyabr 2020, 17:28 Azərbaycanın 3 şəhəri UNESCO-nun şəbəkəsinə üzv seçildi 23 Sentyabr 2020, 17:23 Azərbaycanda virusa yoluxma sayı yenidən üçrəqəmli oldu - 2 ölüm 23 Sentyabr 2020, 17:17 Dolların sabaha olan məzənnəsi 23 Sentyabr 2020, 17:12 Rusiyalı spiker: “Paşinyanın Qarabağla bağlı fikirləri sülh prosesinə kömək etmir” 23 Sentyabr 2020, 17:06 Malik Həsənov: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük təhlükədir 23 Sentyabr 2020, 17:00 Baş Prokuror İsmət Qayıbovun oğlunu qəbula çağırdı - VİDEO 23 Sentyabr 2020, 16:54 Ramin Bayramlı: “Koronavirusla bağlı vaksinasiya könüllü olacaq” 23 Sentyabr 2020, 16:48 Heydər Əliyev Fondundan Bəhram Bağırzadə, Yalçın Rzazadə və Oqtay Gülalıyevin müalicəsilə bağlı açıqlama 23 Sentyabr 2020, 16:42 Daha bir futbolçu “Barselona”nı tərk etdi 23 Sentyabr 2020, 16:36 Prezidentlə birinci xanım Balaxanıda - VİDEO 23 Sentyabr 2020, 16:30 Razi Nurullayev özünə yeni müavin təyin etdi 23 Sentyabr 2020, 16:25 Prezident: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır” 23 Sentyabr 2020, 16:19 “İlham Əliyevin açıqlamaları Paşinyanın üzündəki maskanı cırır” – Ermənistan müxalifəti 23 Sentyabr 2020, 16:13 Çimərliklərlə bağlı portalın işi dayandırıldı 23 Sentyabr 2020, 16:12 Sahibə Qafarova rusiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2020, 16:09 “Vaksinlərin Azərbaycanda istehsalı mümkün görünmür” - TƏBİB rəsmisi 23 Sentyabr 2020, 16:06 Azərbaycanda koronavirusa qarşı peyvənd kimlərə vurulacaq? - AÇIQLAMA 23 Sentyabr 2020, 16:02 İlham Əliyev: Balaxanı kəndinə mənim xüsusi diqqətim var - YENİLƏNİB 23 Sentyabr 2020, 16:00 Deputat özünü təbrik etdi - Tənqidlərə tuş gəldi 23 Sentyabr 2020, 15:56 Mətbuat Şurası iki sayt redaktorunun dava-dalaşını araşdırdı 23 Sentyabr 2020, 15:50 “Lavrov bu tərəfdə sülhdən danışır, o biri tərəfdə erməniləri silahlandırır” 23 Sentyabr 2020, 15:45 Quzanlıda ilk yardım təlimləri başladı - FOTO 23 Sentyabr 2020, 15:40 5 ölkə Lukaşenkonun andiçməsini TANIMADI 23 Sentyabr 2020, 15:34 Ali Məhkəmə mandatını girov qoyan sabiq deputatla bağlı qərar verdi 23 Sentyabr 2020, 15:28