Arxiv
2 Sentyabr 2020, 15:28 | İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri sosial şəbəkələri bir-birinə vurdu - VİDEO

Bakı Nəqliyyat Agentliyinin Hüquq şöbəsinin müdiri Hikmət Babayevin taksilərlə bağlı ARB telekanalına verdiyi açıqlama sosial şəbəkələri necə deyərlər, bir-birinə vurub.

Modern.az
xəbər verir ki, taksilərə tətbiq olunacaq vahid qiymət tarifi haqqında danışan H.Babayevin taksidən istifadə etməyin hər adam üçün əlçatan olmasına qarşı çıxması ciddi tənqidlərə tuş gəlib.


''Taksilərin qiymətləri bu gün o həddə enib ki, hətta avtobus qiymətlərinə az qala bərabərləşib. Yəni bu, belə olmalı deyil” deyən BNA-nın şöbə müdiri bildirib ki, taksidən istifadə etmək  əvvəlki dönəmlərdəki kimi müəyyən imkanlara bağlı olmalıdır. O, dolayısı ilə adi insanların taksidən deyil, yalnız avtobuslardan istifadə etməli olduğunu, taksiyə isə yalnız imkanlı sərnişinlərin minməli olduğunu vurğulayıb:


“Taksidən yararlanmaq olar, amma bunu gündəlik daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm sərnişindaşıma (avtobusları nəzərdə tutur-red.) mövcuddur”.

Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev Bakı Nəqliyyat Agentliyinin rəsmi şəxsinin bu cür açıqlama verməsini adi insanlara qarşı həqarət kimi qiymətləndirib. İqtisadçı “"taksinin qiyməti ucuz olmamalıdır, taksidən imkanı olanlar istifadə etməlidir" deyən təfəkkür bizi harasa çox qeyri-müəyyən, amma zülmət olduğuna şübhə qalmayan bir yerə dartıb aparır” deyə etirazını ifadə edib.

Jurnalist Xaqani Səfəroğlunun BNA rəsmisinin açıqlamasına reaksiyası ironik olub:

“Taksiyə minmək istəyənlərin bankda 1000 dollar depoziti olmalıdır. BNA da pul qəbzini təsdiq etməlidir. Ya da fəhlə, sən də özünü insanmı sanırsan?”.

İctimai fəal Bəxtiyar Hacıyev: "BNA rəsmisi deyib ki, taksilər ucuzdur, avtobus kimi ora-bura istifadə edirsiniz, taksi imkanlı təbəqə üçün olmalıdır. Yəni, pis kasıblar, siz kimsiniz, qudurmusunuz ki, taksi ilə gəzirsiniz? Qaldıraq qiyməti, siz də məcbur bizim basabas avtobuslarda gəzin".


“Yenisabah.az”ın təsisçisi Elnur Məmmədli: “Bakı Nəqliyyat Agentliyi, pis çıxmasın, işdə bir-iki kasıb var, hər gün taksiyə minirlər. Adlarını inboksa yazacam...”.
 

Hüquqşünas Ələsgər Məmmədli də Bakı Nəqliyyat Agentliyinin rəsmisi Hikmət Babayevin fikirlərini sərt tənqid edib:

“"Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil"” ifadəsini işlədən şəxsin ilk növbədə idarəetməsində yer aldığı ölkənin Konstitusiyasından xəbəri yoxdur.


Konstitusiyanın preambulasında aydın ifadə edilib ki: "- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək"- məqsədi ilə dövləti və onun Konstitusiyasını xalq yaradıb.

BNA rəsmiləri və onları yönləndirənlər bilməlidir ki, Konstitusiyanın 15-ci maddəsi belə əmr edir:
“Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir".

Bu kafada olanlar dərk etməlidir ki, Azərbaycanda dövlət həm də sosial dövlət prinsipini mənimsəyib. Konstitusiyanın 16-cı maddəsi "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır" - deyir.

BNA rəsmisi dərk etməli idi ki, istədiyində qiymətlərinə əlçatmayan taksidən seçkin bir kütləni təmsilən istifadə etməli deyil, hər kəsin müəyyən imkanları olmalıdır ki, layiqli həyat yaşasın. Onsuz da BNA rəsmiləri, onların tabeliyində olduğu Nazirlər Kabineti rəsmiləri ilə dəyəri yüz min manatla ölçülən maşınla AA seriya altında istəqdiyi qədər rahat və "layiqli və seçkin" həyatlarını sürdürür”.


A.Qorxmaz

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağrıdağda Bakının işğaldan azad edilməsi tarixi qeyd edilib 17 Sentyabr 2021, 12:00 200-dən çox əcnəbi tələbə BDU-ya müraciət etdi 17 Sentyabr 2021, 11:56 Ermənistan: “Kəşmir məsələsində Hindistanı dəstəkləyirik” 17 Sentyabr 2021, 11:52 FHN əməliyyat görüntüləri yaydı - VİDEO 17 Sentyabr 2021, 11:52 Bir qrup xanım alimin elmi araşdırmaları təqdim edilib 17 Sentyabr 2021, 11:46 Qarabağın dağlıq hissəsindən Güney Osetiya düzəltmək alınmayacaq - Deputat 17 Sentyabr 2021, 11:40 Eldar Həsənovun məhkəməsi keçirilir 17 Sentyabr 2021, 11:38 Bu tələbələr ödədikləri təhsil haqqını geri ala biləcəklər 17 Sentyabr 2021, 11:32 Jurnalistlər üçün yeni müsabiqə elan olundu 17 Sentyabr 2021, 11:26 Oktyabrdan tələbə kreditlərinin verilməsinə başlanacaq  - ŞƏRTLƏR 17 Sentyabr 2021, 11:21 Ermənistanın müşahidəçi, Azərbaycanın partnyor olduğu təşkilat iclas keçirir 17 Sentyabr 2021, 11:19 Bakıda "Nizami Gəncəvi ili"nə həsr olunmuş daha bir konfrans  - FOTOLAR 17 Sentyabr 2021, 11:15 Qarabağın dirçəlişində sənin də töhfən olsun 17 Sentyabr 2021, 11:10 Qurban Qurbanovun hərəkətində nə qəbahət var? - Deputat YAZDI 17 Sentyabr 2021, 11:08 Azərbaycanlı Baş katib Rusiyada seçkiləri müşahidə edəcək 17 Sentyabr 2021, 11:05 AccessBank tender elan etdi 17 Sentyabr 2021, 11:00 Xəzərdə dalğanın hündürlüyü 3 metrdən çox olub - Faktiki hava 17 Sentyabr 2021, 10:57 Ermənilər Mariya Zaxarovadan istədiklərini ala bilmədilər 17 Sentyabr 2021, 10:56 Müştərilərə qəlyan təklif edən istirahət mərkəzi aşkarlandı 17 Sentyabr 2021, 10:50 Dünyanın ən nüfuzlu biznes reytinqi ləğv edildi - Səbəblərdən biri Azərbaycandır 17 Sentyabr 2021, 10:44 ADU-da “Neftçilər günü” ilə bağlı mühazirə təşkil edildi 17 Sentyabr 2021, 10:40 DYP-dən həftəsonu sərnişin daşıyanlara XƏBƏRDARLIQ 17 Sentyabr 2021, 10:36 Rusiya Azərbaycana taxta ixracını dayandırdı 17 Sentyabr 2021, 10:32 Səyyad Əlizadə ECMO aparatına qoşuldu 17 Sentyabr 2021, 10:30 Pakistan Prezidenti azərbaycanlı səfirin etimadnaməsini qəbul etdi - FOTO 17 Sentyabr 2021, 10:25 Polis Akademiyasına bu il qəbul olunanların sayı AÇIQLANDI 17 Sentyabr 2021, 10:19 Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO 17 Sentyabr 2021, 10:13 Paşinyan Rəisi ilə Gorus-Qafan yolunu MÜZAKİRƏ ETDİ 17 Sentyabr 2021, 10:12 Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO 17 Sentyabr 2021, 10:06 Nazir Təhlükəsizlik Xidmətinə yeni rəis TƏYİN ETDİ 17 Sentyabr 2021, 10:05 KTMT-da sədrlik Ermənistana nə verəcək? 17 Sentyabr 2021, 10:03 Hərbi qulluqçularla görüşlərə məhdudiyyət qoyulub - DSX 17 Sentyabr 2021, 10:00 Füzulidə narkotik satanlar saxlanılıb 17 Sentyabr 2021, 09:55 Naftalanda reydlər davam etdirilir - FOTOLAR 17 Sentyabr 2021, 09:50 Ərdoğandan yeni TƏYİNAT 17 Sentyabr 2021, 09:44
SORĞU Hansı vaksinə etibar edirsiniz?