Arxiv
9 Sentyabr 2020, 10:41 | PARLAMENT
DTX-nın antikorrupsiya əməliyyatları Bakının rayonlarını da əhatə etməlidir! - Deputatdan TƏKLİF

İcra başçıları, onların ərazi nümayəndələrinin rüşvət alma, yardımların yeyilməsi, müxtəlif adlarla dövlət vəsaitinin mənimsənilməsi, vətəndaşların maaş kartlarına əl qoyulması kimi qanunsuz əməllərilə bağlı tədbirlər və qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən həbslər bəzi “əyalət padşahları”nı öz çirkin əməllərindən çəkindirmir. Dövlət başçısının dəfələrlə xəbərdarlığı da onun dediyi kimi “bunlara dərs olmur”.

Son günlər tənqidlər təkcə əyalətlərdəki icra başçılarına deyil, həm də Bakının rayonlarına rəhbərlik edən məmurlara yönəlib. İctimaiyyət nümayəndələri bildirirlər ki, ayrı-ayrı bölgələrdə keçirilən antikorrupsiya əməliyyatları paytaxt rayonlarını da əhatə etməlidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da bu qənaətdədir. O. Modern.az-a bildirib ki, icra başçıları ilə bağlı araşdırmalar davam etdirilməlidir:



“Çünki daxil olan məlumatlardan aydın olur ki, son olaylar “əyalət padşahları”na dərs olmayıb. Onların bəziləri yenə də öz bildiklərini edir, vətəndaşları incidir, süründürməçiliyə yol verirlər. Son vaxtlar Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, həm də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ciddi əməliyyatlar keçirilir. Bu əməliyyatlar Bakı da daxil olmaqla digər şəhər və rayonları da əhatə bilər. Çünki vətəndaş narazılıqları kifayət qədər çoxdur. Araşdırmalara başlanması ərazidəki rüşvətxorluq halları və bununla bağlı şikayətlərdən asılıdır”.

 

Deputat müşahidələrinə əsasən deyib ki, bəzi məmular ölkə rəhbərinin çağrışlarına məhəl qoymurlar:


“Hesab edirəm ki, əməliyyatların əhatə dairəsi genişləndirilməlidir. Çünki bəzi rəhbər şəxslər hələ də baş verənlərdən nəticə çıxarmayıblar. Araşdırmalar cənab Prezidentin qarşıya qoyduğu şəffaf idarəçiliyin bərqərar olması üçün bütün bölgələri, o cümlədən paytaxt Bakının rayonlarını da əhatə etməlidir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev BMT-nin sessiyasında çıxış etdi - Tam mətn 24 Sentyabr 2021, 06:37 Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24
SORĞU Hansı vaksinə etibar edirsiniz?