Modern.az

Rusiyaya giriş qaydaları sadələşdirildi

Rusiyaya giriş qaydaları sadələşdirildi

Aktual

16 Sentyabr 2020, 21:06

Rusiya hökuməti xarici ölkə vətəndaşlarının ölkəyə giriş qaydalarını sadələşdirib.

Modern.az xəbər verir ki, Baş nazir Mixail Mişustin Nazirlər Kabinetinin iclasında Rusiya vətəndaşlığına malik qohumları olan əcnəbilərin vizanı sadələşdirilmiş qaydada ala biləcəklərini deyib.

Onun sözlərinə görə, burada qohum dedikdə həyat yoldaşı, valideyn, övlad, bacı-qardaş, nənə və baba, həmçinin nəvə nəzərdə tutulur.

“Belə qohumlar vətəndaşımızın sadə yazılı ərizəsi əsasında bir ilə qədər müddətə fərdi vizalar ala biləcəklər”, - deyə Rusiyanın Baş naziri bildirib.

Həmçinin xarici ölkə vətəndaşlarının viza almaq hüququnu qorumaq üçün hər üç aydan bir ölkədən çıxması barədə qayda da qanunvericilikdən çıxarılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı