Modern.az

Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib

Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib

19 Sentyabr 2020, 20:58

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü,  121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadənin seçiciləri ilə növbəti videoqəbulu keçirilib.

Modern.az xəbər verir ki, deputat təmsil etdiyi dairədə yaşayan seçicilərini ayrı-ayrılıqda videoqəbul edib.

Qəbulda M. Abbaszadə seçicilərini dinləyib, ünvanlanan sualları cavablandırıb.

Müraciət edən vətəndaşların  problem və təkliflərini dinləyən Mahir Abbaszadə bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir