Modern.az

Milli Məclisin Elm və təhsil komitəsi iki məsələni müzakirəyə çıxarır

Milli Məclisin Elm və təhsil komitəsi iki məsələni müzakirəyə çıxarır

21 Sentyabr 2020, 09:22

Sentyabrın 21-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçiriləcək. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasın gündəliyinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müzakirəsi daxil edilib.

Onlayn toplantıda komitə üzvləri cari məsələlərlə bağlı fikir mübadiləsi də aparacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir