Modern.az

“Ordu quruculuğunun gücləndirilməsi üçün büdcədə ciddi artım nəzərdə tutulub” - Əli Əsədov

“Ordu quruculuğunun gücləndirilməsi üçün büdcədə ciddi artım nəzərdə tutulub” - Əli Əsədov

23 Sentyabr 2020, 20:31

“Prezidentin rəhbərliyi altında ortamüddətli perspektivdə, o cümlədən 2021-ci ildə də Hökumət qarşısında qoyulan bütün tapşırıqlar vaxtında və bütövlükdə icra olunacaqdır”.

Modern.az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov  Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclasında deyib.

O bildirib ki, ölkənin hərbi potensialının və ordu quruculuğunun daha da gücləndirilməsi istiqamətində növbəti ilin büdcəsində də ciddi artım nəzərə alınıb:

“Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması növbəti büdcə ilində də öz prioritetliyini saxlayacaqdır”.

Sizə yeni x var
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı