Modern.az

Ordumuz Hadrut və Xocavənddəki hərbi obyektlərə zərbə endirib

Ordumuz Hadrut və Xocavənddəki hərbi obyektlərə zərbə endirib

1 Oktyabr 2020, 15:14

Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb.


"Bir daha bildiririk ki, Ermənistandan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir.
Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib",-deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilir..

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir