Modern.az

Dəməşq muftisi terror hücumu nəticəsində öldürüldü

Dəməşq muftisi terror hücumu nəticəsində öldürüldü

Aktual

23 Oktyabr 2020, 08:10

Dəməşq Müftisi şeyx Məhəmməd Adnan terror hücumuna məruz qalıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə xəbəri SANA agentliyi yayıb.

 

Avqaf Nazirliyinin və Rif Dəməşq Departamentinin direktoru Şeyx Hadzer Şahrur bildirib ki, Qudsiya şəhərində yerləşən “Əl-Sahara” məscidinin yaxınlığında muftinin şəxsi avtomobilinə kustar üsulla düzəldilmiş partadıcı yerləşdirilib: “Mexanizm işə salındıqdan sonra partlayış baş verib və mufti ağır yaralanıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?