Modern.az

Bürünc medal qazanan cüdoçumuzdan əsgər salamı

Bürünc medal qazanan cüdoçumuzdan əsgər salamı

23 Oktyabr 2020, 20:45

Azərbaycanın cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşə çıxıb.

 

Modern.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Özbəkistan təmsilçisi Sardor Nurillayevlə üz-üzə gəlib.

Qarşılaşmadan qalib ayrılan Səfərov bürünc medal qazanıb. Cüdoçu qələbənin ardından əsgər salamı verib (report).

 

Qeyd edək ki, Böyük Dəbilqəyə oktyabrın 25-də yekun vurulacaq. Azərbaycan yarışda 17 cüdoçu ilə təmsil olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi