Modern.az

Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq

Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq

Aktual

24 Oktyabr 2020, 14:27

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə  şanlı Azərbaycan Ordusunun Ermənistan işğalçıları tərəfindən işğal olunmuş Azərbaycan  torpaqlarının işğaldan azad olunması uğrunda apardığı zəfər  yürüşü dvam edir.Hər gün  qəhraman Ordumuzun cəbhədə əldə etdiyi yeni-yeni qələbələr haqqında məlumatlar alırıq.Müharibə eyni zamanda informasiya cəbhəsində də gedir. Cənab Prezident, Ali Baş  Komandan İlham  Əliyevin rəhbərliyi il müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət  düşmənə həm döyüş meydanında  həm də informasiya müharibəsində üstünlük qazanmağımıza şərait yaratmışdır.Təcavüzkar Ermənistanın  27 sentyabr  tarixindən Azərbaycana qarşı geniş miqyaslı  hərbi əməliyyatlara başladığı vaxtdan bəri  cənab Prezident dünyanın  çoxlu sayda məşhur  televiziya kanallarına, informasiya agentliklərinə və qəzetlərə verdiyi  müsahibələrdə Ermənistanın  Azərbaycana qarşı başladığı hərbi təxribat, mülki əhaliyə qarşı həyata keçirdiyi hərbi cinayyətlər, Azərbaycanın həmişə bu münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olması, atəşkəs rejiminin pozulması və digər mühüm məsələlər barədə dünya ictimayyətinə Azərbaycanın mövqeyi barədə məlumat vermişdir. 23 oktyabr 2020-ci il tarixdə  cənab Prezident növbəti müsahibəni  Yaponiyanın məşhur “Nikkel” qəzetinə vermişdir. Müsahibə vaxtı müxbirin birinci və ikinci atəşkəsin pozulması ilə    bağlı sualını cavablandırarkən cənab Prezident demişdir: “ Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə  sonra Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər. Ermənistan bir gündə  Tərtər şəhərinə 100-dən çox raket atıb. Birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar ballistik raketlə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücum etdilər.Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq” Müxbirin  Dağlıq Qarabağda yaşayan ermənilərin gələcəyi və referendum məsələsi ilə bağlı suallarınə cavablandırarkən qeyd olunmuşdur ki, ermənilərin təhlükəsizliyi, hüquqları Azərbaycanın digər vətəndaşlarının hüquqları kimi tam təmin olunacaq. 1990-cıillərin əvvəllərində  Dağlıq Qarabağda, əsasən  Şuşada, həmçinin Xankəndində, ermənilərin soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox şəhərlərdə və kəndlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı. Ermənilər  etnik təmizlənmə həyata keçiriblər. Azərbaycan  bunu heç vaxt etməyib. Hətta indiki toqquşmalar zamanı eyni yolla cavab verməyib.  Referendum  məsələsi ilə bağlı cənab Prezident bildirmişdir ki, Dağlıq  Qarabağda referendum heç vaxt olmayacaq.  Azərbaycan bununla heç vaxt razılaşmayacaq. Danışıqlar zamanıAzərbaycan buna razılıq vermədi və indi ərazinin böyük bir hissəsi geri alındığı bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddaratını təyinetməyə  gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların Ermənistan dövləti var. Heç vaxt  Azərbaycan ərazisində ikinci  Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək. Bundan söhbət belə gedə bilməz. Regionda yaranacaq sülhün bu bölgənin simasına təsiri ilə bağlı  cənab Prezident bildirmişdir ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək.  Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görəcəyik. Bildirlilmişdir ki, hazırada Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir. İki ölkə arasında strateji əməkdaşlıq səviyyəsi  Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, beynalxalq əhəmiyyətli TANAP və bir çox başqa layihələrin həyata  keçirilməsinə imkan vermişdir.

 

İnanırıq ki,  cənab Prezident, Ali Baş  Komandan  İlham Əliyev cənablarının rəhbərliyi ilə tezliklə Qəhrəman Azərbaycan ordusu  tərəfindən  işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq, Cənubi  Qafqazda, ümumilikdə regionda sülh yaranacaq bu sülh şəraiti  regiondakı dövlətlər arasında, xalqlar arasındakı qonşuluq münasibətlərinin, əməkdaşlığın yeni daha yüksək səviyəyə qalxmasına  şərait yaradacaq. 

 

Milli  Məclisin deputatı

Rauf  Əliyev

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu