Modern.az

“Samsung”un rəhbəri vəfat etdi

“Samsung”un rəhbəri vəfat etdi

Aktual

25 Oktyabr 2020, 08:44

“Samsung” konserinin sədri Li Qon Hi bazar günü Seulda xəstəxanada dünyasını dəyişib.

 

Modern.az bildirir ki, bu barədə “Yonhap” agentliyi xəbər verib.

 

Məlumata görə, Li Qon Hi 2014-cü ildə keçirdiyi ürəktutmadan sonra ağır xəstə idi. Onun 78 yaşı var idi.

 

Qeyd edək ki, Li Qon Hi “Samsung Group”a 1987-ci ildən sədrlik edirdi. 2016-cı ildə o, “Forbes” jurnalı tərəfindən Cənubi Koreyanın ən zəngin insanı adlandırılmışdı. Nəşrin qiymətləndirməsinə görə, 2020-ci ilin oktyabrında onun sərvəti 20,9 milyard dollar təşkil edirdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı