Modern.az

İbtidai insan-hay sürüsünün “qan-gen” yaddaşı: şər, böhtan, yalan...

İbtidai insan-hay sürüsünün “qan-gen” yaddaşı: şər, böhtan, yalan...

Aktual

25 Oktyabr 2020, 13:45

Dünyanın istənilən məkanında, Tarixin istənilən Zamanında ibtidai insan-hay sürüsünün istənilən ictimai-sosial təbəqəsinə xas olan, səciyyəvi “qan-gen” yaddaşının irsi forması üzə çıxa bilər, baş verə bilən bu olay və münasibət bir çox xüsusiyyətindən asılı olmayaraq istənilən xalqın nümayəndəsinə qarşı yönələ bilər, özləri istisna olmaqla.

  
Sözümün “canı”na Sabunçu rayonu, Balaxanı qəsəbə sakini, Bakı Dövlət Universitetinin Tarix fakültəsi, “Qədim dünya və orta əsrlər” kafedrasının professoru, tarix elmləri doktoru Əmrah Nemət oğlu Dadaşovun (1939) uzaq gənclik xatirəsinə aid bir söyləməsi ona “nəfəs” verəcək.


...1960-1963-cü illərdə hərbi xidmətimi SSRİ Silahlı Qüvvələrinin  Daxili Qoşun Ordusunun sıralarında Moskva vilayətində, Moskva şəhərindən 120 km şimalda, “Moskva” kanalının sağ sahilində yerləşən İkşa şəhərindəki islah-əmk düşərgəsində sıravi əsgər keçirmişəm. Bu hərbi hissədə, eləcə də bizim tağımda “erməni” əsgərlər də var idi, onlardan biri Manukyan soyadlı birisi (yefreytor, artıq iki il idi xidmətdə) mənimlə eyni sırada və evə qayıtmağına az qalırdı.

  
Hərbi hissədə hər həftənin şənbə-bazar günləri film göstərilirdi. Bir bazar ertəsi biz mətbəxdə (hardasa 10 əsgər olardıq) növbədə olanda  kinomexanik ukraynalı əsgər iki dəmir qabda olan kino lentlərini aparıb təhvil verəciyini bildirdi və icazə üçün qısa müddətə bizdən ayrılıb gedəndən sonra  “erməni” hirsləndi, donquldadı:

  
-Biz burda işləyəcəyik, o isə sərbəst gəzəcək, deyib, soyulan kartof qabığlarını həmin dəmir qablara tökərək qapağı bağladı.

  
Ukraynalı əsgər sevincək gəlib lent qablarını aparıb təhvil vermək üçün bizdən ayrıldı.

  
Axşama yaxın alayın qərargahında çaxnaşma düşdü, məsələnin üstü açıldı, hamımıza “Qırmızı guşə”yə yığıb Moskva Hərbi Dairəsinin rəhbər zabit heyətinin və alay komandirinin (polkovnik Milyayev, osetin mənşəli idi)  iştirakı ilə sorğu-sual edildi və hamıdan soruşuldu ki, bu xoşagəlməz işlə kim məşğul olub?     

 

Komandirin ağzından sual çıxıb qurtarmamış “erməni” ayağa durub dedi:

 
 -Sıravi Dadaşov.

  
 Dondum qaldım, dinə bilmədim, nitqim tutuldu. Alay komandiri səbəbini soruşanda heç bir cavab vermədim, mənə oturmağı əmr etdi və siyasi məsələlər üzrə müavininə, partiya və komsomol təşkilatlarının hərbi nümayəndələrinə (podpolkovnik, mayor  rütbəli) çevrilib onların fikrini soruşmaq istədi.

   
Bu zaman arxa sırada oturan sıravi Şaridze soyadlı gürcü bağırdı (o da mətbəxdə növbədə olmuşdu bizimlə):

 
 -Siz nə danışırsız, onu  Manukyan edib, Dadaşovun heç bir günahı yoxdur, Manukyan yalan danışır, biz hamımız bu işin şahidiyik.

  
Komandir yenə də məndən soruşdu, mən heç nə demədim, onda albay “erməni”ni çağırdı, əl atıb çiyinlərindən paqonlarını qoparıb üzünə çırdı:

  
-15 gün kars rejimi olmaqla cəza, deyib hökmünü verdi. Üzünü mənə tutub  soruşdu:

 
 -Sıravi Dadaşov, sən niyə bunu demədin?

 
 -Bizim millət satqın deyil, cavabını verdim.

  
Həmin müddət ərzində “erməni”ni elə yerlərdə işlətdilər ki, o işləri hələm-hələm əsgərə gördürmürdülər.

  
Hərbi müddəti qurtarıb geri qayıdanda o “erməni” məndən üzr istəməyə cəhd etdi, onun da cavabını verdim:

 
 -Satqın millətin üzvü ilə mənim söhbətim ola bilməz...

Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)     

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü