Arxiv
26 Oktyabr 2020, 13:53 | AKTUAL
Nazirlik bu qurumlarla Anlaşma Memorandumu imzaladı - FOTO

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyası İctimai Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, imzalanma mərasimində çıxış edən Kənd Təsərrüfatı Naziryinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, bu sənədin imzalanması aqrar sahədə dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm bir addımdır.

 

O bildirib ki, anlaşma memorandumu respublikada məhsul istehsalının artırılması üçün istehsal vasitələrindən düzgün və vaxtında istifadə edilməsi, əkin sahələrində fitosanitar tədbirlərin təşkili və xidmətlərin göstərilməsinin koordinasiya olunması, o cümlədən, bitki sağlamlığı və mühafizəsi, məhsuldarlığın artırılmasının təmin edilməsi üzrə ixtisaslı kadrların hazırlanması məqsədilə imzalanır. Sənədi imzalayan tərəflər ölkə ərazisində sağlam ekoloji mühitin və fitosanitar sabitliyin qorunması, zərərverici, xəstəlik və alaq otlarına qarşı səmərəli mübarizə tədbirlərinin aparılması mexanizminin müasir üsul və texnologiyalardan istifadə etməklə təkmilləşdirilməsi ilə bağlı əməkdaşlıq edəcəklər. Eyni zamanda sənədə əsasən, bitki sağlamlığının innovativ üsullarla izlənməsi, fitosanitar mühitin qorunması və ekoloji cəhətdən səmərəli inteqrir mübarizə sistemlərinin qurulması istiqamətində fitosanitar mütəxəssislərin maarifləndirilməsi, respublikanın bölgələrində istehsalçılara bitki mühafizəsi sahəsində müasir texnoloji proseslər barədə birgə maarifləndirici təlimlərin təşkili və digər istiqamətlər üzrə əməkdaşlıq nəzərdə tutulur.

 

Tədbirdə çıxış edən Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyası İctimai Birliyinin sədri Əbdül Abdullayev, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Yaqub Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdir müavini Rəfael Mahmudov aqrar sahədə dövlət-özəl sektor əməkdaşlığının istiqamətlərinin nəzərdə tutan bu sənəddə yer alan müddəaların praktiki həll yolları barədə fikirlərini bölüşüblər.

 

Daha sonra iştirakçı tərəflər anlaşma memorandumunu imzalayıblar. Memoranduma əsasən tərəflər beynəlxalq təcrübəyə əsaslanaraq innovativ üsullarla bitki sağlamlığının izlənməsini və səmərəli inteqrir mübarizə üzrə fitosanitar mütəxəssislərin maarifləndirilməsini həyata keçirəcək, əkinlərin fitosanitar vəziyyətinin öyrənilməsi üzrə elmi-tədqiqat proqramlarının həyata keçirilməsində, habelə tədqiqatçı mütəxəssislərin, o cümlədən gənc tədqiqatçıların elmi fəaliyyətinə dəstək göstərəcək, qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı işçi görüşlər, birgə elmi-praktiki konfranslar və seminarlar təşkil edəcək və məlumat mübadiləsi aparacaqlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?