Modern.az

Jurnalistə yeni vəzifə verildi

Jurnalistə yeni vəzifə verildi

30 Oktyabr 2020, 13:35

Jurnalist Səfurə Çərkəzqızı Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində işə başlayıb.

 

Modern.az-ın məlumatına görə, S.Çərkəzqızı qurumun Reklam və KİV-in monitorinqi şöbəsinin müdiri təyin olunub.

 

Qeyd edək ki, Səfurə Çərkəzqızı 1997-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 90-cı illərdən jurnalist kimi fəaliyyətə başlayıb. “P.S. Gənclik”, “7 Gün”, “Rezonans”, “Həftə içi” qəzetlərində, “Lider”, ARB televiziyalarında çalışıb.

 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində məsləhətçi işləyib. Bir müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb. O, jurnalistika ilə yanaşı, bədii yaradıcılıqla da məşğuldur. “And olsun atlara!” və “Sevdalılar” adlı kitabların müəllifidir. 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi