Modern.az

Ermənistanın eks-prezidentləri Moskvaya gedir

Ermənistanın eks-prezidentləri Moskvaya gedir

30 Oktyabr 2020, 18:17

Ermənistanın eks-prezidentləri Levon Ter-Petrosyan və Robert Koçaryan Moskvaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, onlar Rusiyanın siyasi elitası ilə Dağlıq Qarabağda yaranmış yeni situasiyanı müzakirə edəcəklər.

“Eks-prezidentlər görüşün nəticələrini keçmiş və hazırkı dövlət rəhbərlərinin birgə görüşündə müzakirə etməyi təklif ediblər. Baş nazir Nikol Paşinyan təklifə qarşı çıxmayıb”- deyə Paşinyanın mətbuat katibi Mane Qevoqyan açıqlayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər