Modern.az

Jurnalist telekanal rəhbərlərinə müraciət etdi: “And olsun Tanrıya bir qəpik pul istəmirəm”

Jurnalist telekanal rəhbərlərinə müraciət etdi: “And olsun Tanrıya bir qəpik pul istəmirəm”

8 Noyabr 2020, 18:48

Tanınmış jurnalist Səfurə Çərkəzqızı telekanal rəhbərlərinə müraciət edərək, ona işğaldan azad olunmuş ərazilərdən reportaj hazırlamağa fürsət yaratmalarını xahiş edib.

Modern.az-ın məlumatına görə, həmkarımız sosial şəbəkələr vasitəsilə yaydığı müraciətdə bildirib:

“Jurnalistlər! Siz elə xoşbəxt, elə şanslısız kii! Təəssüf ki, indi mən televiziyada işləmirəm! Qələbə xəbərini çatdırmaq sevincini yaşaya bilmədim. Burdan televiziya rəhbərlərinə səslənirəm: içimdəki enerjini, sevgini, döyüş ərazilərindən, ermənilərdən alınan torpaqlarımızdan reportajlar hazırlamaq istəyimi gerçəkləşdirmək üçün mənə qapı açın, imkan verin! And olsun Tanrıya bir qəpik pul istəsəm, məndən şərəfsizi yoxdur! Sadəcə, müstəqil jurnalist kimi oralara gedə bilmirəm, buna icazə vermirlər. Televiziya rəhbərləri, bu xoşbəxtliyi mənə yaşadın, lütfən!!!”.

Səfurə Çərkəzqızı 1997-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 90-cı illərdən jurnalist kimi fəaliyyətə başlayıb. “P.S. Gənclik”, “7 Gün”, “Rezonans”, “Həftə içi” qəzetlərində, “Lider”, ARB televiziyalarında çalışıb.

Səfurə Çərkəzqızı hazırda Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Reklam və KİV-in monitorinqi şöbəsinin müdiri vəzifəsində çalışır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı