Modern.az

Ermənilərin Kəlbəcər vəhişliyi dünya mediasının obyektivində  - FOTOLAR

Ermənilərin Kəlbəcər vəhişliyi dünya mediasının obyektivində  - FOTOLAR

25 Noyabr 2020, 13:40

Ermənistan ordusu 27 il işğal altında saxladığı Kəlbəcər rayonunu tərk edib.

 

Modern.az xəbər verir ki, Azərbaycanın sahəsinə görə, ən böyük rayonu olan Kəlbəcər 3050 kvadrat kilometr sahəni əhatə edib.

İşğalçı qüvvələr rayonu hələ noyabrın 25-də tərk etməli idi. Lakin hava şəraitini və Ermənistana gedən Kəlbəcər-Vardenis yolunun nəqliyyat tutumunun aşağı olmasını əsas gətirən düşmən tərəfi noyabırn 25-nə qədər vaxt istədi.

 

Bu günlər ərzində Kəlbəcər rayonu ərazisində məskunlaşdırılan 3 mindən artıq sakin və işğalçı ordunun hərbi qüvvələri rayonu tədricən tərk edirdilər.

Sakinlər ərazini tərk edən zaman apara bilmədikləri ev heyvanlarını öldürərək onların leşlərini ətrafa səpələyir, qəbirləri qazır, əşyaları və evləri oda verirdi. Erməni hərbçilər isə Kəlbəcər ərazisindəki hərbi infrastrukturu məhv ediblər.

Bütün bu vandalizm aktları beynəlxalq KİV nümayəndələrinin, o cümlədən BBC, Al Jazeera, Arabnews, TASS, France Press, Foreign Policy, Eurasianet, Associated Press və s. tərəfindən işıqlandırılıb.

 

Xarici jurnalistlər həmin hadisəni “Kəlbəcər rayonu Azərbaycana qaytarılır” başlığı ilə yayıb. Onlar erməni sakinlərin nümayəşkəranə şəkildə əmlaklarını yandırması, qəsdən yerli ekologiyaya zərər vurmasını, ağacları yandırmasını böyük heyrətlə izləyiblər.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir