Modern.az

Kəlbəcərdə azərbaycanlı və erməni hərbçilər arasında mübahisə DÜŞDÜ

Kəlbəcərdə azərbaycanlı və erməni hərbçilər arasında mübahisə DÜŞDÜ

Qarabağ

26 Noyabr 2020, 22:37

Ermənistan Kəlbəcər rayonunda təxibata əl atıb. Modern.az xəbər verir ki, işğalçılar Kəlbəcəri tərk edərkən Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiya edilməməsindən istifadə edərək, Zod qızıl yatağı ərazisindən öndə yola böyük qırmızı darvaza yerləşdiriblər. Düşmənin məqsədi azərbaycanlı hərbçilərin Zod qızıl yatağı ərazisinə daxil olmasını əngəlləmək və o yeri özününküləşdirmək olub. Bu, dövlət sərhədinin Kəlbəcərdən keçən hissəsinin təxminən 1,5 km irəli çəkilməsi demək idi.

Ancaq Azərbaycan hərbçiləri Zod yatağına - Söyüdlü kəndinə gedən yolda qoyulmuş darvazanı açaraq, köhnə dövlət sərhədinə doğru irəliləyib. Əsgərlərimiz ermənilərdən bizə məxsus ərazini - Zod yatağını boşaltmağı tələb ediblər. Burada isə mübahisə düşüb.

Ermənistan Müdafiə Nazirliyi Zod qızıl yatağı ətrafında baş verənlərlə bağlı açıqlama yayıb.

 

Bildirilib ki, hazırda Azərbaycan, Rusiya və Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycan-Ermənistan sərhədində xüsusi vasitələrdən (GPS) istifadə etməklə demarkasiya işlərinə başlayıblar.

 

“Sputnik Ermənistan”ın yaydığı xəbərdə bildirilir ki, bir qədər əvvəl sosial şəbəkələrdə işğaldan azad olunmuş Kəlbəcər rayonuna daxil olan Azərbaycan hərbçilərinin erməni hərbçiləri ilə üz-üzə gəlməsi barədə videogörüntülər yerləşdirilib. Qeyd edilib ki, Zod qızıl yatağı ərazisinə gələn Azərbaycan hərbçiləri ermənilərdən oranı tərk etmələrini tələb ediblər.

Müdafiə Nazirliyi demarkasiya işlərinin bir hissəsinin Zod qızıl mədəninin ərazisində aparıldığını etiraf edib.

 

“Bu və ya digər hissəsində sərhədlərin tam və dəqiq şəkildə demarkasiyası sərhədin bu və ya digər hissəsinə olan iddialarla bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması baxımından son dərəcə vacibdir”, - nazirliyin məlumatında belə deyilir.

 

Demarkasiya işlərindən sonra Azərbaycan və Ermənistan Silahlı Qüvvələri xidmət aparacaqları öz hərbi bazalarını müəyyən olunmuş sərhədlərdə yerləşdirəcəklər.

Nazirlik iddia edib ki, sərhədlər demarkasiya olunmadığından Ermənistan ərazisindən Azərbaycanın Kəlbəcər rayonuna və əks istiqamətdə hərəkətin dayandırılması üçün müvəqqəti qapılar quraşdırılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü