Modern.az

Alimlər koronavirusla bağlı populyar mifi təkzib etdi

Alimlər koronavirusla bağlı populyar mifi təkzib etdi

5 Dekabr 2020, 12:05

Virusa qarşı olan dərmanlar COVID-19 zamanı xəstəliyin ağırlıq və ölüm dərəcəsinə təsir etmir.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq araşdırma “New England Journal of Medicine” jurnalında dərc olunub.

 

Bir qrup alim 30 ölkədəki 405 xəstəxanada COVID-19 xəstəsi olan 11 330 yetkin xəstədən alınan məlumatları və onların müalicə üsullarını, o cümlədən virusa qarşı dərmanlar - remdesivir, hidroksixloroxin, lopinavir və interferon beta-1a qəbul edib-etməmələrini təhlil edib. Məlumatları araşdırılan pasiyentlərdən 1 253-ü ölüb. 28 gün ərzində ölüm nisbəti 11,8 % təşkil edib.

 

Məlum olub ki, nəzarət qrupları ilə müqayisədə remdesivir qəbulunda ölüm əmsalı 0,95, hidroksixloroxində 1,19, lopanovirdə 1,00, interferonda isə 1,16 olub. Beləliklə, dərman istifadəsi praktik olaraq nəticə verməyib.

 

Alimlərin fikrincə, əldə etdikləri məlumatlar virusa qarşı maddələrin istifadəsinin ölümü, süni tənəffüs aparatına qoşulmağın başlanğıcını və ya xəstəxanada qalma müddətini azalda biləcəyi ilə bağlı fərziyyələri alt-üst edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi