Modern.az

Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

20 Dekabr 2020, 16:43

Azərbaycanın Əməkdar artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Səfərov bu gün 71 yaşında dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı bildirib.

 

Atabala Osman oğlu Səfərov 1949-cu ildə Şabran şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən Atabala Səfərov həmin ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb.

 

1972-1973-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra yenidən doğma teatra qayıdıb. 

 

1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışıb. 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıdıb və burda yaradıcılıq fəaliyyətini davam etdirib. Bu müddətdə o "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Bir günlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s. kimi rollarda uğurla çıxış edibr. Aktyor bir müddət sonra yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına qayıdıb və ömrünün sonuna qədər doğma teatrda çalışıb.

 

Atabala Səfərov teatr yaradıcılığı ilə yanaşı, bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyası və C.Cabbarlı adına kinostudiyada hazırlanmış bir çox filmlərdə rol alıb.

 

9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.

 

Allah rəhmət eləsin..

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir