Arxiv
13 Yanvar 2021, 13:32 | PARLAMENT
“Jurnalistin hörməti azalmışdı” - Deputatlar Medianın İnkişafı Agentliyindən nə gözləyir?

Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsi üzrə islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilərək, yeni Medianın İnkişafı Agentliyi yaradılıb.

Agentliyin fəaliyyət və inkişafını təmin edən “Media qanunu”nun hazırlanması və parlamentə təqdim edilməsi gözlənilir.


Maraqlıdır, “Media qanunu”nda nələr əks olunmalıdır?


Modern.az
mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrənməyə çalışıb.


Deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov öncə “KİV haqqında” qanunumuzun olduğunu xatırladıb:


“Bu qanuna kifayət qədər dəyişiklik olunub. Son dövrdə yeni qanunla bağlı təşəbbüslər, təkliflər oldu. Həmin sənəd artıq hazırlıq mərhələsindədir. Qanun hazırlanıb Milli Məclisə çıxarılacaq. Qanun əsasən konseptual məsələləri həll edir. “KİV  haqqında”, eləcə də yeni qanunda da Azərbaycanda söz və mətbuat azadlığının təsbiti əks olunacaq. Bu sahədə heç bir problemimiz yoxdur. İstədiyimiz fikri deyirik, istədiyimiz mövzuda yazırıq, istədiyimiz kimi məsələyə yanaşırıq. Həm redaksiya daxilində, həm də hər bir jurnalistin fərdi yaradıcılığında dövlətin təyin etdiyi senzura yoxdur. Qanun bu məsələləri həll edir.
Yeni qanunda da bu məsələlər olacaq.
Cənab prezidentin sərəncamı ilə Medianın İnkişafı Agentliyi yaradılıb və yeni rəhbərliyin üzərinə çox böyük məsuliyyət qoyulub. O məsuliyyəti uğurla həyata keçirməyi arzulayıram. Yeni qurumun uğuru biz jurnalistlərdən, xüsusən də çap mediasından asılı olacaq. Qəzetçi olduğum üçün çap mediasından danışıram. Uzun müddət mətbuat sahəsində bir sıra proseslər gedib. Uğurlar da, uğursuzluqlar da olub. Biz jurnalistlər, yəni köhnə qəzetçilər üçün daha çox uğursuz olub. Tirajımız aşağı düşüb, “reket qəzetlər”in fəaliyyəti nəticəsində jurnalistlərin hörməti azalıb. Demək olar ki, qəzetlərin satışı dağıdılıb, yoxdur. Sərbəst qəzet satışı heç nə olub. Köşklərdə qəzetdən başqa hər şey satılır. Jurnalistikanın Sovet dövründə olan hörməti, aktuallığı  qalmayıb. Sosial şəbəkələrdə təhqiramiz ifadələri necə gəldi təqdim edirik və buna da “söz azadlığı” deyirik. Bu da rəsmi sözün hörmətdən düşməsinə səbəb olub. Bunun da ağrısını yaşamalı olmuşuq. Hörmətimiz  yox, dolanışığımız yox, reklam bazarımız yox. Reklam bazarı yoxdursa, pulu hardan qazanmalıyıq?! Yaxşı, fəaliyyətimizi dayandırdıq. Bu boşluğu sosial şəbəkə qorumalıdır?! Bəs xalqın və dövlətin marağını kim qorusun?! Bu görülən işləri, aparılan quruculuğu kim təbliğ etsin?!
Elə müşkül vəziyyət yaranıb ki, artıq yeni Agentliyə ümid bəsləyirəm.
Nizamnamə ilə ötəri tanış olmuşam. Çox böyük vəzifələr qoyulub. Bizi düşündürən məsələlər Medianın İnkişafı Agentliyinin üzərinə qoyulub. Çox yaxşı haldır ki, dövlətimiz bizə dəstək verir. Bizə də ümidimizin doğrulacağını gözləmək və o quruma kömək etmək qalır. Biz jurnalistlər hər zaman dövlətimizin, xalqımızın və milli maraqlarımızın yanında olmalıyıq”.


Deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, yeni qurumun yaradılması Azərbaycanın informasiya mühitinin köklü şəkildə dəyişməsinə gətirib çıxaracaq mühüm hadisədir:


“Biz media mənsubları uzun müddətdir ki, informasiya məkanımızın daha da keyfiyyətli olması zərurətini dərk edirdik. Belə bir addımın informasiya təhlükəsizliyimizə töhfə verə biləcəyini görürdük. Ona görə də imzalanan Fərmanda nəzərdə tutulan və yeni yaradılmış qurumun nizamnaməsində öz əksini tapan məsələlər Azərbaycanın milli təhlükəsizliyinin əsas komponenti olan informasiya təhlükəsizliyinin təmin olunmasında çox böyük rol oynayacaq. Şübhəsiz ki, buna paralel olaraq nizamnamədən irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı yeni qanunların qəbul olunması zərurəti yaranacaq. Düşünürəm ki, media sektoru sürətlə inkişaf edən dinamik sahədir. Bu istiqamətdə zərurət yarandıqca, mütləq qanunvericilik bazası da yenilənməlidir ki, qlobal informasiya məkanında baş verənlərlə ayaqlaşa bilək. Əminəm ki, yeni qurumun fəaliyyəti nəticəsində buna nail olacağıq. Ona görə də qanunvericilik bazasının təkmilləşməsi, yenilənməsi, yeni şərtlərə uyğun olaraq hüquqi tənzimləmənin həyata keçirilməsi strateji vəzifə kimi qarşımızda durur. Əminəm ki, qısa müddətdə bunun öhdəsindən gəlməli olacağıq.
Qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququna gəlincə, media mənsubu kimi deyə bilərəm ki, bütün qanunlar müasir dövrün çağırış və tələblərinə cavab verməklə yanaşı, milli çağırış və tələblərə də cavab verən yeni qanunların hazırlanmasına da ehtiyac var. Hazırda heç bir xalqın milli informasiya məkanını qlobal informasiya məkanına müdaxilə etmədən təsəvvür etmək mümkün deyil. Qlobal informasiya mühiti həm də milli informasiya mühitinin keyfiyyətini təsis edən dominant rola sahibdir. Biz bu proseslərlə mübarizə aparmalıyıq. Milli informasiya məkanımızı, milli maraqlarımızı cazibə mərkəzi kimi təmin etməliyik. Lazım olan addımları atmalıyıq. Əminəm ki, yeni yaradılan qurum buna nail olmağı bacaracaq”.


Deputat Sabir Hacıyev deyir ki, “KİV Fondunun mövcudluğu dövründə media ilə bağlı bəzi çatışmazlıqlar olub:


“Hesab edirəm ki,  Medianın İnkişafı Agentliyi təkmilləşmiş formada fəaliyyət göstərəcək. Mediada olan çatışmazlıqlar aradan qaldırılacaq. Eyni zamanda, media ilə bağlı dünya təcrübəsi də öyrənilməli və tətbiq edilməlidir. Mediaya diqqəti artırmaq, müstəqilliyini gücləndirmək, inkişafına yol açmaq üçün xeyli işlər görülməlidir.
Yeni qanunda da bəzi məsələlər əks olunmalıdır. Qanunda peşəkarlığın daha yüksək olmasına da nəzarət edilməlidir. Media dövlətin və cəmiyyətin inkişafına hər zaman töhfə verməlidir. Mediadan çox şey asılıdır. İnsanlar hər hansı məlumatı, cəmiyyətdə gedən prosesləri, analitik yazıları mediadan əldə edir. Media cəmiyyətin inkişafı üçün çox güclü silahdır. Mətbuatda sağlam mühit formalaşdırılmalı və peşəkarlıq qorunmalı, hadisələrə müstəqil yanaşma olmalıdır. Ümid edirəm ki, yeni qanunda bunlar öz əksini tapacaq. Hesab edirəm ki, yeni yaradılan Agentlik müsbət işlər görmək məqsədi daşıyır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Oğul şəhid oldu, atasının ürəyi dözmədi - Həyat HEKAYƏSİ 22 Yanvar 2021, 15:32 Rəsmi Yerevan Azərbaycan-Türkiyə təlimlərinə ETİRAZ ETDİ 22 Yanvar 2021, 15:11 Nazirdən Xudavəng monastırı ilə bağlı AÇIQLAMA 22 Yanvar 2021, 15:06 Birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır 22 Yanvar 2021, 15:00 Akif Nağı ömürlük məhbuslara ƏFV İSTƏDİ 22 Yanvar 2021, 14:57 Şahbaz Quliyevin anası vəfat etdi 22 Yanvar 2021, 14:52 Ailə, qadın və uşaq məsələləri komitəsinbin iclası keçiriləcək 22 Yanvar 2021, 14:46 Darıxmağın ləzzəti 22 Yanvar 2021, 14:41 Valideynlər bu halda övladlarını məktəbə göndərməyə bilər 22 Yanvar 2021, 14:40 Şuşa döyüşlərində şəhid olan çavuş 22 Yanvar 2021, 14:34 Distant təhsil, zamanı itirməyək 22 Yanvar 2021, 14:28 Bu yolda hərəkət məhdudlaşdırılır 22 Yanvar 2021, 14:22 Yük avtomobilindən 38 ədəd “Iphone 12” götürüldü - VİDEO 22 Yanvar 2021, 14:16 Narazı şagirdlərin yenidən qiymətləndirilməsi keçiriləcək - Şöbə müdiri 22 Yanvar 2021, 14:10 Xüsusi təhsil müəssisələrinin fəaliyyəti bərpa oluna bilər 22 Yanvar 2021, 14:05 Azərbaycanda yeni agentlik yaradıldı - FƏRMAN 22 Yanvar 2021, 14:00 Niyazi Bayramov şəhid və qazi ailələrinin problemləri ilə maraqlanıb 22 Yanvar 2021, 13:57 Co Bayden qazaxıstanlı xanıma vəzifə verdi - FOTO 22 Yanvar 2021, 13:53 İtkin düşən leytenantın şəhid xəbəri gəldi 22 Yanvar 2021, 13:52 Bu il müəllimlərin sertifikasiyası keçiriləcək? - Nazirdən cavab 22 Yanvar 2021, 13:50 Təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq 22 Yanvar 2021, 13:47 Müəllimlərin işə qəbulu müsabiqəsi bölgələrdə də keçiriləcək 22 Yanvar 2021, 13:42 UNEC-in Elmi Şurasında yeni qərarlar qəbul olunub 22 Yanvar 2021, 13:40 Füzulinin Qarğabazar kəndi - VİDEO 22 Yanvar 2021, 13:38 Koçaryanın şikayəti təmin olunmadı 22 Yanvar 2021, 13:36 Builki imtahanlar nə vaxt keçiriləcək? - AÇIQLAMA 22 Yanvar 2021, 13:31 Bakı Ali Neft Məktəbində “Qarabağın təbii sərvətləri" müzakirə olunub - FOTO 22 Yanvar 2021, 13:27 Sabah hava necə olacaq? - PROQNOZ 22 Yanvar 2021, 13:23 “AzerGold” sədri Yaponiya səfiri ilə görüşdü 22 Yanvar 2021, 13:18 Xankəndidə müəmmalı ÖLÜM… 22 Yanvar 2021, 13:14 Dünya yer quruluşu elmində inqilab - Azərbaycanlı alimlərin yeni nəzəriyyəsi 22 Yanvar 2021, 13:11 Uşaq bağçaları hələ açılmayacaq 22 Yanvar 2021, 13:06 İtkin düşən baş leytenantın nəşi TAPILDI 22 Yanvar 2021, 13:03 Repetitorluq fəaliyyətinə icazə verilir 22 Yanvar 2021, 13:00 Koronavirusa yoluxmuş şagird və müəllimlərin sayı AÇIQLANDI 22 Yanvar 2021, 12:58