Modern.az

Bayramov Çavuşoğlu ilə Moskva bəyanatını müzakirə etdi - FOTO

Bayramov Çavuşoğlu ilə Moskva bəyanatını müzakirə etdi - FOTO

Aktual

13 Yanvar 2021, 22:07

Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ilin 13 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

 

Modern.az xəbər verir ki, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrasını, eləcə də Moskva şəhərində imzalanmış 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın reallaşması məsələlərini müzakirə ediblər.

 

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar