Modern.az

Paytaxtın iki rayonunda yanğın

Paytaxtın iki rayonunda yanğın

Aktual

17 Yanvar 2021, 23:56

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 100 m² olan ikimərtəbəli evin mətbəxində tavan 6 m² sahədə yanıb. Yüksək temperaturdan plastikdən ibarət qapı və 3 ədəd məişət avadanlığı əriyib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

FHN-nin yaydığı digər məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!