Arxiv
25 Yanvar 2021, 22:04 | AKTUAL
Qənirə Paşayeva şəhid ailələri ilə görüşdü - FOTO

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva şəhid Milli Qəhrəman Əliyar Əliyevin qızı Pərvanə Haşımova ilə parlamentdə görüşüb. 

 

Modern.az xəbər verir ki, komitə sədri şəhid qızını, onu tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

 

“Sizi, Sizin timsalınızda bütün Milli Qəhrəman və şəhid ailələrini torpaqlarımızın düşmən işğalından azad olunması münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm! Qəhrəman Vətən oğullarının fədakarlığı sayəsində xalqımızın 30 illik həsrətinə son qoyulub.

 

I Qarabağ müharibəsində fədakarlıqla iştirak edib, qəhrəmanlıqlar göstərən Əliyar Əliyevin ruhu bugün şaddır, onun yetirmələri, silahdaşları, doğmaları da Vətən Müharibəsində döyüşdü, qələbəmizə öz xüsusi töhfələrini verdi.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailələrisiz.

Sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

 

Q.Paşayeva şəhid Milli Qəhrəmanının qızına Mədəniyyət komitəsi adından Məktub təqdim edib.

 

Qəhrəmanın qızı səmimi görüş üçün komitə sədrinə təşəkkür edib.

 

***

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunun Alakol kəndinin sakini, qəhrəman şəhid Cavid Hüseynovun atası Hümbət Hüseynovla parlamentdə görüşüb, onu düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb:

 

“Əziz şəhid atası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş oğulun atasısız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır. 

 

Şəhid oğlunuz öz əsgər borcunu şərəflə yerinə yetirib. Dövlət başçısı oğlunuzu medallarla təltif edib.

Oğlunuz və silahdaşlarının sıralarında döyüşdüyü Ordumuzun rəşadəti sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

 

Q.Paşayeva şəhid atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub və üzərində “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
YAP-da əsas söz sahibinə çevrilən Tahir Budaqov kimdir? - DOSYE 5 mart 2021, 17:02 Ukraynanın Azərbaycandakı səfiri Gəncəyə gedib - FOTOLAR 5 mart 2021, 16:56 YAP-ın Mərkəzi Aparatı yaradıldı - İcra katibliyi LƏĞV EDİLDİ 5 mart 2021, 16:54 Rektor YAP İdarə Heyətinin üzvü seçildi 5 mart 2021, 16:50 Bakıda ağacların dibi asfaltdan təmizləndi - FOTOLAR 5 mart 2021, 16:49 Fəzail Ağamalı YAP-ın qurultayından DANIŞDI 5 mart 2021, 16:46 Dünya yenidən qapanmaya gedir – Koronavirus kabusu davam edir 5 mart 2021, 16:46 YAP sədrinin müavinləri təyin edildi: Mehriban Əliyeva, Əli Əhmədov, Tahir Budaqov 5 mart 2021, 16:37 Azərbaycan XİN erməni nazirə CAVAB VERDİ 5 mart 2021, 16:34 Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır 5 mart 2021, 16:29 İlham Əliyev “91-lər”in fəaliyyətini qiymətləndirdi 5 mart 2021, 16:24 Roma Papası Bağdadda - FOTO 5 mart 2021, 16:18 Məşhur Məmmədov: YAP-ın yenilənməsi islahatlara təkan verəcək 5 mart 2021, 16:13 QHT sədri YAP İdarə Heyətinin üzvü seçilib 5 mart 2021, 16:08 Həbs olunan qazi AZADLIĞA BURAXILDI 5 mart 2021, 16:02 Milli Məclisin yəhudi deputatı: “Vaxt yetişəndə Azərbaycan İsraildə səfirlik açacaq” 5 mart 2021, 15:58 Ermənilərin talan etdiyi Ağdamın Tağıbəyli kəndi - VİDEO 5 mart 2021, 15:52 Karantin rejimi daha çox kimlərə təsir edir? - AÇIQLAMA 5 mart 2021, 15:47 Elçin Quliyev Pakistanın Baş Qərargah rəisi ilə görüşdü 5 mart 2021, 15:44 Əli Nağıyev Türkiyəyə başsağlığı verdi 5 mart 2021, 15:40 Avrasiya İttifaqı Yerevanın təkidi ilə Türkiyəyə qarşı QƏRAR VERDİ 5 mart 2021, 15:34 Hava xəbərdarlığı - Qar yağacaq, yollar buz bağlayacaq 5 mart 2021, 15:29 Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi” – İlham Əliyev                  5 mart 2021, 15:24 Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü 5 mart 2021, 15:20 Türkiyə ərazisinin 66%-i zəlzələ baxımından riskli bölgədir 5 mart 2021, 15:17 Ermənistan “Eurovision”da iştirak etməyəcək 5 mart 2021, 15:12 Prezident: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil” 5 mart 2021, 15:06 Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisini qəbul edib 5 mart 2021, 15:00 Koronavirusa yoluxma sayı yenə ARTDI 5 mart 2021, 14:54 BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu! 5 mart 2021, 14:50 Bakıda soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO 5 mart 2021, 14:45 Naftalanda Vətən Müharibəsi Qazisi evində ziyarət edildi - FOTO 5 mart 2021, 14:40 YAP-dan kənarlaşdırılan icra başçıları - SİYAHI 5 mart 2021, 14:35 YAP İcra katibliyi və müavinlər yenilənəcək 5 mart 2021, 14:29 Həkim-infeksionist ÇAĞIRIŞ ETDİ: “Bayramda qonaq gedilməsin, yoluxma arta bilər!” 5 mart 2021, 14:24