Arxiv
27 Yanvar 2021, 18:42 | AKTUAL
Jurnalistlər ilk dəfə Putinin Drezdendəki evində olub

Rəsmi Kreml Rusiyanın Gelencik şəhəri yaxınlığında milyardlarla dəyəri olan sarayın prezident Vladimir Putinə aid olduğunu təkzib etsə də, dövlət başçısı Almaniyanın Drezden şəhərindəki mənzilində dəqiq yaşayıb.

 

Modern.az xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin müxbiri Yürgen Helfrixt həmin evi ziyarət edib.

 

Ziyarət KİV tərəfindən tarixdə ilk dəfə gerçəkləşib.

 

Almaniya Demokratik Respublikası (ADR) dövründə inşa edilmiş altımərtəbəli binanın dördüncü mərtəbəsində Rusiyanın hazırkı prezidenti 1985-ci ilin payızından 1991-ci ilin martınadək Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) zabiti kimi xidmət etdiyi zaman həyat yoldaşı və uşaqları ilə birlikdə yaşayıb.

 

Müxbir Y.Helfrixt bildirir ki, mənzilin sahəsi 66 kvadratmetrdir, 3 otaq, mətbəx və sanitar qovşağından ibarətdir. Mənzildə həmçinin lociya, zirzəmi, mərkəzləşdirilmiş istilik təminatı və elektrik pilətəsi var. 1991-ci ilin əvvəlində Putinlər ailəsi SSRİ-yə qayıdanda mənzilə Yörq Hofmann yerləşib. 51 yaşlı dülgər hələ də burada yaşayır.

 

“Mənzili görməyə gələndə məni xanım Putin qarşılamışdı. Hər yerdə tünd rus mebeli var idi. Həmçinin ADR dövrü üçün tipik alüminium divar kağızı və krem rəngli xalça var idi”, - Y.Hofmann xatırlayır.

 

1991-ci il martın sonunda Vladimir Putin açarları mənzilin yeni sakininə verdi. Hofmann Putinlərin necə getdiyini görüb: “Ona 10-12 əsgər kömək edirdi. Mebelləri söküb taxta sandıqlara yığdılar. Paltaryuyan maşının daşınması ilə bağlı problemlər yarandı: onu pilləkandan düz 6 nəfər düşürdürdü”.

 

 

Hofmannın sözlərinə görə, Putinlər ona xoş təəssürat bağışladılar: “Xanım Putin qəhvəyi kürk və böyük xəz papaq geyinirdi. Onların hələ iti də var idi”.

 

Evin yeni sakininin kirayə müqaviləsi, kirayə pulu V.Putininki ilə eyni olub: “Ayda 58,90 alman markası, əlavə olaraq isti su və istilik üçün əlavə müvafiq olaraq 9,80 və 26,2 marka: cəmi 94,90 marka”.

 

O zamandan bəri, demək olar ki, 30 il keçib və Yörq Hofmann hələ də dövlət başçısının keçmiş mənzilində məmnuniyyətlə yaşayır: “Sadəcə bəzən rusiyalı turistlərin olduğu avtobuslar evimin qarşısında dayanarkən əsəbiləşirəm. Onlar buranın Putinin muzeyi olduğunu sanırlar”.

 

Yörq Hofmann əvvəllər heç kimi mənzilinə buraxmırdı. Evin sakini Vladimir Putinin Qara dənizdəki möhtəşəm sarayı haqqında ifşaedici videoçarx yayımlayan Aleksey Navalnını da evə buraxmayıb: “Milad bayramından öncə mühafizəçiləri ilə gəlmişdi. Yəqin ki, bir növ sənədli film çəkirdi”.

 

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Onlar xəstələniblər, koronavirusdan da betər...” - İlham Əliyev 5 mart 2021, 17:17 Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası 5 mart 2021, 17:07 YAP-da əsas söz sahibinə çevrilən Tahir Budaqov kimdir? - DOSYE 5 mart 2021, 17:02 Ukraynanın Azərbaycandakı səfiri Gəncəyə gedib - FOTOLAR 5 mart 2021, 16:56 YAP-ın Mərkəzi Aparatı yaradıldı - İcra katibliyi LƏĞV EDİLDİ 5 mart 2021, 16:54 Rektor YAP İdarə Heyətinin üzvü seçildi 5 mart 2021, 16:50 Bakıda ağacların dibi asfaltdan təmizləndi - FOTOLAR 5 mart 2021, 16:49 Fəzail Ağamalı YAP-ın qurultayından DANIŞDI 5 mart 2021, 16:46 Dünya yenidən qapanmaya gedir – Koronavirus kabusu davam edir 5 mart 2021, 16:46 YAP sədrinin müavinləri təyin edildi: Mehriban Əliyeva, Əli Əhmədov, Tahir Budaqov 5 mart 2021, 16:37 Azərbaycan XİN erməni nazirə CAVAB VERDİ 5 mart 2021, 16:34 Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır 5 mart 2021, 16:29 İlham Əliyev “91-lər”in fəaliyyətini qiymətləndirdi 5 mart 2021, 16:24 Roma Papası Bağdadda - FOTO 5 mart 2021, 16:18 Məşhur Məmmədov: YAP-ın yenilənməsi islahatlara təkan verəcək 5 mart 2021, 16:13 QHT sədri YAP İdarə Heyətinin üzvü seçilib 5 mart 2021, 16:08 Həbs olunan qazi AZADLIĞA BURAXILDI 5 mart 2021, 16:02 Milli Məclisin yəhudi deputatı: “Vaxt yetişəndə Azərbaycan İsraildə səfirlik açacaq” 5 mart 2021, 15:58 Ermənilərin talan etdiyi Ağdamın Tağıbəyli kəndi - VİDEO 5 mart 2021, 15:52 Karantin rejimi daha çox kimlərə təsir edir? - AÇIQLAMA 5 mart 2021, 15:47 Elçin Quliyev Pakistanın Baş Qərargah rəisi ilə görüşdü 5 mart 2021, 15:44 Əli Nağıyev Türkiyəyə başsağlığı verdi 5 mart 2021, 15:40 Avrasiya İttifaqı Yerevanın təkidi ilə Türkiyəyə qarşı QƏRAR VERDİ 5 mart 2021, 15:34 Hava xəbərdarlığı - Qar yağacaq, yollar buz bağlayacaq 5 mart 2021, 15:29 Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi” – İlham Əliyev                  5 mart 2021, 15:24 Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü 5 mart 2021, 15:20 Türkiyə ərazisinin 66%-i zəlzələ baxımından riskli bölgədir 5 mart 2021, 15:17 Ermənistan “Eurovision”da iştirak etməyəcək 5 mart 2021, 15:12 Prezident: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil” 5 mart 2021, 15:06 Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisini qəbul edib 5 mart 2021, 15:00 Koronavirusa yoluxma sayı yenə ARTDI 5 mart 2021, 14:54 BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu! 5 mart 2021, 14:50 Bakıda soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO 5 mart 2021, 14:45 Naftalanda Vətən Müharibəsi Qazisi evində ziyarət edildi - FOTO 5 mart 2021, 14:40 YAP-dan kənarlaşdırılan icra başçıları - SİYAHI 5 mart 2021, 14:35