Modern.az

Rusiyada fabrikdə qəza 3 can aldı

Rusiyada fabrikdə qəza 3 can aldı

21 Fevral 2021, 13:59

Rusiyanın Krasnoyarsk vilayətindəki Norilsk dağ-mədən emalı fabrikində baş verən dağıntılar nəticəsində 3 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, Rusiya Təhqiqat Komitəsi hadisənin baş verməsində təqsirli bilinən zavodun baş mühəndisi və daha iki məsul şəxsi saxlayıb.

 

Hadisə nəticəsində 3 fəhlə həlak olub, daha 5 nəfərin vəziyyəti isə ağırdır.

 

Fevralın 22-də Norilsk şəhərində matəm elan olunacağı bildirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir