Modern.az

İtaliya-Azərbaycan dostluq qrupu soyqırımı ilə bağlı məktub göndərib

İtaliya-Azərbaycan dostluq qrupu soyqırımı ilə bağlı məktub göndərib

Aktual

26 Fevral 2021, 17:54

İtaliya-Azərbaycan parlament dostluq qrupunun rəhbəri senator Stefano Luçidi Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimlinin müraciətinə cavab olaraq Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə həmkarlarına məktub göndərib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, məktubda Xocalı hadisələri yad edilir, bu dəhşətli soyqırımla bağlı başsağlığı diləkləri çatdırılır. Bildirilir ki, bu cür faciələr və soyqırım hər bir xalqın qan yaddaşına həkk olunur.

 

Məktubda daha gözəl gələcək üçün İtaliya və Azərbaycan arasında əməkdaşlığın perspektivlərindən danışılır, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında İtaliyanın dəstəyi bildirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!