Arxiv
2 mart 2021, 16:31 | TƏHSİL
Magistratura imtahanlarının nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib


Modern.az xəbər verir ki, imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.


İmtahanda iştirakı nəzərdə tutulan 19885 bakalavrdan 256 nəfəri imtahana gəlməyib. 3 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 96 bal olub. Xatırladaq ki, ötən il də ən yüksək göstərici 96 bal olub.


Bakalavrların imtahan nəticələrinə əsasən bu il median göstəricisi 47.57 bal olub. Bu o deməkdir ki, imtahan iştirakçılarının yarısı (9810 nəfərdən çox) bu göstəricidən daha yuxarı, qalan yarısı isə daha aşağı bal toplayıb. Median göstəricisinin 48 bala yaxın olması imtahanda təqdim olunan test tapşırıqlarının bakalavrların bilik səviyyəsinə uyğun olmasını deməyə əsas verir.


Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.


İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcəkdir).


İmtahan nəticələri ilə əlaqədar Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 3-4 mart tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.


Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kəşfiyyatçı diplomat olayı böyüyür - Çexiya səfiri Rusiya XİN-ə çağırıldı 18 Aprel 2021, 20:38 “Atalanta” “Yuventus”u geridə qoydu 18 Aprel 2021, 20:27 NASA helikopteri Marsda ilk uçuşunu keçirəcək 18 Aprel 2021, 20:13 “YAŞAT” 2 min 881 şəhid ailəsini ziyarət edib 18 Aprel 2021, 20:04 Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşdı 18 Aprel 2021, 18:58 “Paşinyan məğlubiyyətə görə hərbçiləri günahkar bilir” - Zakaryan 18 Aprel 2021, 18:45 "İndiki gəncliyin hər biri özünü şəhid ruhunda hiss etməlidir" 18 Aprel 2021, 18:38 Qazaxda minik maşını aşdı - xəsarət alanlar var   18 Aprel 2021, 18:08 Ağstafada 17 yaşlı qız sirkə turşusundan zəhərləndi 18 Aprel 2021, 18:00 Bu gün peyvənd olunanların sayı açıqlandı 18 Aprel 2021, 17:45 Xaçmazda iki maşın toqquşdu - xəsarət alanlar var  18 Aprel 2021, 17:30 Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı 18 Aprel 2021, 17:15 İŞİD Kərkükdə hərbçiləri atəşə tutdu 18 Aprel 2021, 17:05 Yoluxanların bu günə olan statistikası: 33 nəfər öldü 18 Aprel 2021, 17:02 Ombudsman autizmli şəxslərə dövlət qayğısı haqqında danışdı 18 Aprel 2021, 17:00 Gürcüstanda 13 günlük tətil elan olundu 18 Aprel 2021, 16:40 “Qarabağ” 15-ə çatdı 18 Aprel 2021, 16:34 Koronavirus xəstəsi ola-ola bazara gedən şəxs saxlanıldı 18 Aprel 2021, 16:19 Papa Fransisk Ukraynada gərginliyin artmasından danışdı 18 Aprel 2021, 16:09 "Atası oğlum şəhid olanda üzə çıxıb pul tələb etdi"  18 Aprel 2021, 15:58 Azərbaycan çempionatında 1400-cü qolunu vurdu 18 Aprel 2021, 15:46 Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır   18 Aprel 2021, 15:37 ABŞ-da barda atışma: ölənlər var 18 Aprel 2021, 15:25 “Kuwait Times”  Qarabağ münaqişəsindən yazdı 18 Aprel 2021, 15:14 Bakıdakı "Formula-1"-dən xəbər var: Tamaşaçısız keçiriləcək 18 Aprel 2021, 15:05 İranda Ordu Günü qeyd edilir 18 Aprel 2021, 15:04 Ukrayna Kiyevdən rus səfiri qovur 18 Aprel 2021, 14:51 Premyer Liqanı tərk edən ilk klub bəlli oldu 18 Aprel 2021, 14:44 Birinci xanım Eldar Quliyevin dəfn mərasiminə əklil göndərdi 18 Aprel 2021, 14:35 Gürcüstan da silkələndi 18 Aprel 2021, 14:25 İranda koronavirusdan ölənlərin sayı açıqlandı 18 Aprel 2021, 14:10 Suriyada keçiriləcək prezident seçkilərinin tarixi açıqlandı 18 Aprel 2021, 13:59 Xarici ölkələrdəki azərbaycanlı jurnalistlər bir araya gəldi 18 Aprel 2021, 13:51 “Azərbaycan üçün ağır gündür” - Azərpaşa Nemətov 18 Aprel 2021, 13:45 Rejissor Eldar Quliyev dəfn olundu 18 Aprel 2021, 13:35