Modern.az

“Helikopterin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi” - Nazir

“Helikopterin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi” - Nazir

Aktual

4 Mart 2021, 22:22

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı şəhid ailələrinə və qardaş xalqa başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə nazir Tvitter hesabında yazıb.

 

“Qardaş Türkiyənin Bingöl ərazisində hərbi helikopterin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi. Həlak olan doqquz şəhidin ailələrinə və yaxınlarına, Türkiyə xalqına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Başın sağ olsun, qardaş Türkiyə!”, - deyə C.Bayramov qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi